Tibb

03 Fevral

“Uber” Amerikanın alkoqol tədarükü xidmətini 1.1 mlrd. dollara alacaq

“Uber” Amerikanın alkoqol tədarükü xidməti olan “Drizly”ni 1.1 milyard dollara alacaq. Müqavilənin 2021-ci ilin birinci yarısında tənzimləyicinin təsdiqini aldıqdan sonra bağlanması planlaşdırılır.

Bu barədə “Uber” məlumat verib. Şirkət alkoqol tədarükü xidmətini “Uber Eats” tətbiqinə daxil etmək niyyətindədir.

2021-ci ildə qurulan startap ABŞ ştatlarının 1400-dən çox şəhərində fəaliyyət göstərir. Mövcud olduğu dövrdə şirkət “Crunchbase”in məlumatlarına əsasən 119.6 milyon dollar qazanıb.

“Uber” ilə müqavilə “Drizly”yə xidmətin yaxın illərdə qlobal coğrafi varlığını genişləndirməyə kömək edəcək. Bu barədə “Uber”in baş direktoru Dara Xosrovşaxi bildirib.

Qeyd edək ki, “Uber Eats” pandemiya dövründə şirkətin əsas biznesi olub. Koronavirus səbəbindən gəlirin azalması fonunda “Uber” əsas olmayan aktivlərdən imtina etməyə başlayıb: məsələn, “uçan taksilər” və pilotsuz avtomobillər layihələri.

© Banker