Tibb

26 Yanvar

"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO

“Kontakt Home”dan şikayətlərin ardı-arası kəsilmir.

Bu mağazalar şəbəkəsindən növbəti şikayət reklam və marketinq sahəsində çalışanlardan gəlib. Onlar “Kontakt Home”un bu yaxınlarda təşkil etdiyi küçə reklamında qayda pozuntuları olduğunu əsas gətiriblər. Təqdim olunan məhsulun reklamı zamanı “ən” sözündən istifadə olunub ki, bu da mütəxəssislərin böyük narazılığına səbəb olub. Onların fikrincə, qaydalara əsasən, reklamda “ən” və ya digər terminlərdən istifadə etmək olmaz.

Məsələ ilə bağlı Lent.az-a danışan tanımış reklam və marketinq eksperti Sabit Məmmədov bildirib ki, qeyd olunan və digər sözlərdən istifadə etmək üçün müvafiq sənəd tələb olunur. Onun sözlərinə görə, sənəd olmadığı halda reklamı yayımlayan və sifariş edən şirkət cərimələnə bilər:

“Əgər hər hansı bir məhsulun reklamında "ən", "ən yaxşı", "bir nömrə" kimi terminlərdən istifadə olunursa, onda həmin məhsulun alt sənədi olmalıdır. Bunun üçün Əqli Mülkiyyət Agentliyindən, yaxud İqtisadiyyat Nazirliyindən sənəd alınmalıdır ki, doğrudan da o ən yaxşıdır, rəqibsizdir. Məsələn, "Bakcell"in reklamında "ilkcell" termini işlənir, həqiqətən də o Azərbaycanda ilk mobil operatordur. Əgər onun sənədi yoxdursa, reklam daşıyıcıları və brendin özü böyük həcmdə cəzalandırılır. Burada reklam agentlikləri məsuliyyət daşımır.