Tibb

14 Dekabr

Gələcək ilə bağlı elə indi hərəkət edin: Pandemiyadan sonra necə uğur qazanmaq olar?

Bakı 14 dekabr Fins.az

Covid-19 pandemiyası qlobal iqtisadiyyatı silkələyir, əvvəlki kimi yaşamağımıza, işləməyimizə, iş görməyimizə mane olur. Liderlər isə böhranın təsirlərini ortaya çıxdıqca bir şəkildə həll edirlər. Ancaq tarixin göstərdiyi kimi, bundan sonra baş verəcəklərə də hazırlaşmaq lazımdır.

Avraam Linkoln, Franklin Ruzvelt, Uinston Çerçill, Nelson Mandela və digər vizyonerlər, təkcə qarşılaşdıqları çətinliklər ilə baş açmadılar, eləcə də qaranlığa işıq tutdular. Çətinliklərin öhdəsindən gələrək gələcəyə işıq tutular, eləcə də digər insanların vizyonlarını genişləndirmələrinə kömək oldular. Vizyon sistemsiz və geniş yayılan bir krizis əsnasında olduqca vacibdir. Normalda beş il içində gözlənilən dəyişikliklər həftələr və aylar ərzində baş verə bilər. Məsələn, böhran vaxtı uzaqdan təhsilə keçid, uzaqdan tibbi xidmətlər, onlayn-şopinq, rəqəmsal mediaya tələb daha da sürətləndi. Qlobal tədarük zəncirləri kəsilib. Tibbi xidmətlər o qədər dəyişəcək ki, Obamacare-nin 10 il əvvəl istifadəyə verilməsi artıq adi bir fenomen kimi görünəcək. Korporativ müştərilərimizin çoxu bağlana bilər. Milyonlarla müştəri işsiz qala bilər. Çox güman ki, mövcud iş modelinizin əsas götürdüyü bəzi prinsiplər artıq təkzib edilmişdir və ya yaxın gələcəkdə təkzib edilə bilər.

Başqa sözlə, epdemiyanın bitəcəyi dövrdə - bu 2021-ci il və ya ondan sonrakı il ola bilər, bu halda özünüzü tapacağınız iş mühiti əvvəlkindən fərqli ola bilər. Epidemiyadan sonrakı dövr üçün hazırlaşmağa isə elə indidən başlamalısınız. Bunu etmək üçün isə yaxın 5-10 ildə kim olacağınıza dair bir vizyona sahib olmalısınız. Bu, sizin üçün bələdçi ulduz, istinad nöqtəsi və qısa və orta müddətdə planlar üzərində düşünmək üçün bir dəstək olacaq. Bunu hələ görmək çətin ola bilər, amma indi növbəti güclü böyümənin toxumları cücərir. Məsələn, xatırlayın ki, 20 il öncə Apple şirkəti iPhone və iPad-ların hazırlanması ilə bağlı bir imkan yaxaladı. O yeni biznesi ilə bağlı planlama və istehsala isə özünün kompüter biznesinin dotcom qəzasından sonra qarşılaşdığı böyük çətinliklərdən sonra başladı. Əlbəttə ki, heç birimiz peyğəmbər (eləcə də Cobsun özü) deyildi, əks halda belə bir qarışıqlıdan qaçardı. Nə olacağınızı mükəmməl bir şəkildə təxmin edə bilməzsiniz. Ancaq kim olmaq və hara getmək istədiyinizi görə və buna uyğun da planlar qura bilərsiniz. Bu haqda Lead from the Future kitabından istiqamət almaq olar.

Gələcək haqqında düşünmək üçün vaxt ayırın

İdeal olaraq yaxın aylarda vaxtınızın təxminən 10-20%-ni böhran bitdikdən sonra, biznesinizi necə inkişaf etdirməlisiniz haqqında düşünməlisiniz. Əlbəttə ki, bütün bu istəklər, sizin uzunmüddətli vizyonunuz ilə üst-üstə düşməlidir. Liderlərin hazırda belə düşüncələrdən kənar işləri olduqlarına görə, bu işlərin icrasını işçiləri arasında bölüşdürə bilərlər. Yaxşı olar ki, belə gələcək ilə bağlı vizyonlu düşüncələr haqqında şirkətdə qərar vermə səlahiyyətinə sahib olan menecerlər etsin. Bunlar baş icraçı direktor, maliyyə və texniki direktorlar ola bilər. Müştərilərinizdə, bazarda nəyi dəyişmək istəyirsiniz sualını özünüzə verin. Eləcə də nələr əvvəlki kimi qalmalıdır, sualı üzərində də düşünün. Müştərilərinizin ehtiyaclarını, onların istəklərinin dəyişən reallığa uyğunluğunu və şirkətinizin ümumi imkanlarını dəyərləndirin. Hansı məshul və xidmətlərin sizin imkanlarınızı genişləndirəcəyinə nəzər salın, vacib olmayan portfelinizi satmağa səy göstərin və s. yeniliklər sırasındadır.

© facemark.az