Tibb

23 Noyabr

"Danone" 2 min işçisini ixtisar edəcək

Bakı, 23 noyabr Fins.az

Fransanın süd məhsulları istehsalçısı olan "Danone" şirkəti xərclərin azaldılması proqramı çərçivəsində 1 500-2 000 işçisini ixtisar etməyi planlaşdırır.

Fins.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

"Fəaliyyətimizin sadələşdirilməsi və təkamülü yerli və qlobal qərargahlarda təxminən 1 500-2 000 vəzifənin azaldılması ilə nəticələnəcək, vəzifələrin 25%-i qlobal qərargahlarımızı əhatə edəcək", - açıqlamada deyilir.

Bu tədbirlər şirkətin 2023-cü ilədək 700 mln. avro həcmində ümumi və inzibati xərclər də daxil olmaqla 1 mlrd. avro vəsaitə qənaət etməyə imkan yaradacaq. Bu vəsaitlər şirkətin böyüməsinin və gəlirliliyinin təmin edilməsinə yönəldiləcək.

Xatırladaq ki, "Danone" 1919-cu ildə təsis edilib. Hazırda şirkət 140-dan çox ölkədə mövcuddur.