Tibb

04 Noyabr

Xiaomi 5G-ni dəstəkləyən ilk soyuducu hazırladı

Xiaomi 5G-ni dəstəkləyən ilk soyuducunu bazara təqdim edib.

Fins.az-ın məlumatına görə, bu haqda GizmoChina nəşri şirkətin materialına istinadən xəbər verir.

Ev aləti Xiaomi-nin törəmə şirkəti Viomi tərəfindən hazırlanıb və 21Face 5G IoT adlandırılıb.

Devays haqqında açıqlamaya görə, soyuducu Xiaomi-nin ağıllı ev ekosisteminin bir hissəsidir və çeşidli smart funksiyalarına sahibdir.

Qurğu 5G modulunu, həmçinin, səsli istiqamətləndirməni də dəstəkləyir. 21Face 5G IoT iki qapısı var, cihazın bütün kameralarının həcmi 520 litr təşkil edir. Məişət cihazının səs-küy səviyyəsi 38 desibel ilə məhdudlaşır. Soyuducunun qiyməti 4999 yuan və ya təxminən 60 000 rubl (1278 manat-red.) təşkil edir. Model, təkcə Çində satın alınır.

Avqustda Xiaomi ağıllı ev məhsullarının həcmini genişləndirmişdi. Belə ki, belə məhsulların siyahısına Mi TV Lux Transparent Edition televizoru da əlavə edilmişdi.

Cihaz şəffaf bir matrisə malikdir, bunun sayəsində istifadəçi televizorun arxasında nə olduğunu görə bilər. OLED panelli 55-düymlük ekran ilə təchiz edilən modelin qiyməti isə 49 999 yuan və ya 600 000 (təxminən 13 min manat-red.) rubl idi.

© Facemark