Tibb

04 Noyabr

Cek Ma 1 gün ərzində 2,6 milyard dollar itirib

Milyarder Cek Manın sərvəti bir gün ərzində 2,6 milyard dollar azalıb.

Fins.az xəbər verir ki, azalmanın səbəbi IPO Ant Group şirkətinin gözlənilmədən Çin tənzimləyiciləri təfərindən dayandırılması olub. Dayandırılmasının səbəbi tam ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Mərkəzi Çinin şərqindəki Hançjou şəhərində yerləşən “Ant Group”un 33%-i “Alibaba Group”a məxsusdur və “Alibaba”nın qurucusu Cek Ma tərəfindən idarə olunur. Şirkət Çində mobil ödənişlər sahəsində liderdir, habelə mobil tətbiqetmələr vasitəsi ilə kredit vermə, sığorta və aktiv idarəetmə xidmətləri təklif edir.