Tibb

22 Oktyabr

M&M's -in tarixi - FOTO

100+ ildən çox tariximiz zəngin xronologiyaya sahibdir. Yeni məhsullar və xidmətlər, yeni biznes seqmentləri və minlərlə yeni tərəfdaşlıqlar, amma bircə şey dəyişməz olaraq qalır. Biz hələ də ürəklərdə olan bir AİLƏ ŞİRKƏTİ-yik. Çox güman ki, bir çoxunuz illərdir ki, MARS məhsul və xidmətlərindən istifadə edir. Sizinlə kim olduğumuza və hara getdiyimizə dair kiçik bir tarix paylaşmaq istəyirik.

1940-cı illər

Cənab Forrest E. Mars ABŞ-a qayıtdıqdan sonra Newark, New Jersey-də MM'S Limited şirkətinin əsasını qoyur. MM'S Sadə Şokoladlı Şirniyyatı isə 1941-ci ildə bazara təqdim edib.

1950-ci illər

MM'S 1950-ci illərdə populyarlaşmağa başladı. İstehlakçılar üçün həqiqi MM'S-ləri saxtalarından fərqləndirməyin bir yolu isə hər bir şəkərin üzərinə M hərfini vurmaq olub. Sloqan olaraq isə bu seçildi: Hər bir parça üzərində M-i axtar. MM'S Fıstıqlı Şokolad Şirniyyatları isə 1954-cü ildə təqdim edildi. MM'S sadə və fıstıqlı şokolad şirniyyatlarında m yazdırmaq üçün istifadə olunan rəng qaradan ağ rəngə dəyişdirildi.

1960-cı illər

MM'S Meyvəli Saqqızlar yaradıldı və daha sonra STARBURST bazara çıxarıldı.

1980-ci illər

Mars kosmosdakı ilk şirniyyat oldu. Bu isə o zaman idi ki, MM'S Şokolad Şirniyyatları astronavtların ərzaq tədarükünə daxil edilmişdi.

1980-ci illərdə marka uyğunlaşması ilə MM'S Şəkərləri qlobal bazara çıxır, bura Asiya-Sakit okean, Avstraliya, Avropa, Rusiya daxil idi. MM'S Fıstıqlı Şokolad Yağı isə 1989-cu ildə ABŞ-da təqdim edildi.

1990-cı illər

MM'S COLORWORKS istehlakçılara 21 rəngdə MM'S Südlü Şokoladlı Şirniyyatlar təqdim edirdi. Onları müştərilər xüsusi şirniyyat mağazalarından və ya MY MM'S internet mağazalarından əldə edə bilərdilər. MM'S MINI Südlü Şokoladlı Şirniyyatların istehsalına isə 1997-ci ildə başlanılıb.

MM'S COLORWORKS Fıstıqlı Şirniyyatlar 1998-ci ilə MM'S WORLD mağazalarında satışa çıxarılıb.

2000-ci illər

MM'S Şokolad Şirniyyatları Yeni Milleniumun Rəsmi Şirniyyatları oldu. MM isə Roma rəqəmləri ilə 2000 deməkdir. 2002-ci ildə isə MM'S Şokoladlarının rəngləri üçün səsvermə keçirildi. Səsvermədə yer alan rənglər arasında bənövşəyi, çəhrayı, mavi və s. var idi. Amma seçilən bənövşəyi oldu. Demək olar ki, dünyanın hər yerindən 10 000 000 səs verildi.

MM'S maskotu Ms. Brown 2012-ci ildə Super Bowl-də debüt edir. 2017-ci ildə MM'S Karamel Şirniyyatları yaradıldı.

MM'S Şirniyyatları ABŞ bazarında satışa çxarılandan 75 il sonra Hindistan bazarında da təqdim edildi.

© Facemark