Tibb

12 Oktyabr

Yeniyetmələrə pul ilə davranışı necə ÖYRƏTMƏK OLAR? – ÜSULLAR

Yeniyetmələr

Yeniyetmələr onsuz da pul baxımından müstəqillik qazanmağa başlayır, belə ki, bir çoxları pul qazanmağın yollarını axtarır tapır. Belə uşaqlar müstəqil olaraq pul qazanır, yaxud da valideynlərdən daha çox pul istəyirlər. Bu yaşda uşaqlara pul il rəftar vərdişlərini möhkəmləndirmək üçün əla zamandır. Digər valideynlər isə gündəlik həyatı, real həyat ilə əvəzləyirlər.

- Karen Koltonun qızının 13 yaşı olan zaman o anası ilə tətil planlaşdırmağa başladı. Səyahətləri zamanı Karen qısa müddətliyinə ucuz mənzillər kirayəyə götürdü. O, deyir ki, qızım 13 yaşına qədər büdcə planlanması işində mənə kömək edirdi, artıq bu yaşda isə o mütəxəssis idi. Bir dəfə biz Belçikada Bryuqqe şəhərinə gəlib çatdıq, o turist bələdçisi ilə söhbəti zamanı bizə cibimizə uyğun büdcədə mənzil tapmağa kömək etdi.

- Yazda Holli Reqan uşaqlarına virtual ev tapşırıqlarını yerinə yetirmək üçün onlara oyuncaq pul verdi. Daha sonra isə onlara ev və yemək xərcləri üçün ödəniş etməyə başladı. Böyük qızı daha çox çalışdığı və işlədiyi üçün daha çox maaş aldı.

Yeniyetməlik yaşını keçən uşaqlar

Bu yaşda olan uşaqlar, həm böyüdüklərinə görə sevinirlər, həm də məyus olurlar. Çünki böyüdükcə onların qayğıları da artır. Məsələn, oğlum və bacım uşaqlarının tez böyüdükləri ilə bağlı şikayətlərini tez-tez eşidirəm, bu isə mənə bəzən gülməli gəlir.

Bu yaşda olan uşaqlar özlərinin nəqliyyat, yemək və geyim xərclərindən özləri məsuldurlar. Onların maaşlarından tutulan vergiləri nəzərə almasaq. Əgər bu yaşa qədər onlarda maliyyə savadlılığı yaxşı öyrədilibsə, onların pul ilə davranışlarına nəzarət etməyə ehtiyac yoxdur.

- Di Yu deyir ki, məktəbi yuxarı sinifində oxuyanda anam mənə özünün çek dəftərini verdi və məni məcbur etdi ki, hər ay onu davamlı olaraq doldurum və kirayə ödənişlərini ödəyim və balansı nəzarətdə saxlayım. Ancaq nəzərə alsaq ki, bu gün əməliyyatların çoxu onlayn baş tutur, bu təcrübəni onlayna adaptasiya etməli olacaqsınız. Məsələn, bu tapşırığı övladlarıma verəndə, onlar başa düşdülər ki, onlayn əməliyyatlar necə aparılır. Onlar anladılar ki, kommunal xərcləri, telefon xidmətinə görə xərcləri və avtomobil ilə bağlı ödənişləri etmək istisna olmaqla, pul qazanmaq yaxşı bir işdir. Məsələn, gələcəkdə öz evlərini qurduqda belə ödənişləri necə etməyin yolunu biləcəklər, bu isə onları real həyatın çətinliklərindən ŞOKA salmayacaq.

- Nataşa Badi isə tövsiyə edir ki, 18 yaşına çatdıqda uşaqların özlərinin ayrıca hesabları olsun. Məsələn, onun oğlu belə hesabı 19 yaşında alıb. Amma o bildirir ki, yaxşı olar ki, onlar ilə maliyyə konsultantı da müzakirələr aparsın.

- Modest Wallet-də Rikardo Pina deyir ki, uşaqlara daha erkən yaşlarından pul ilə davranışı öyrətmək onlara yetkinlik yaşlarında qazana biləcəkləri ən böyük uğurdur. Bu nəinki uşaqların xarakterini formalaşdırır, həmçinin, öyrədikləri onlara həyatı boyu dəstək olur. Tam və ya part-time iş bu uşaqlara pul qazanmağın yollarını öyrətmək üçün əyləncəli və maraqlı bir yoldur.

© fACEMARK