Tibb

09 Oktyabr

Ford-un idarəedilməsində kütləvi dəyişiklik: Yeni baş direktorun – QƏRARLARI

Avtomobil istehsalçısı Ford-un yeni baş direktoru Cim Farli, Coy Falotikonu şirkətin qlobal marketinq direktoru vəzifəsindən çıxarıb.

Fins.az xəbər verir ki, bu haqda rəhbərlik və şirkətin əməliyyat sistemində dəyişiklik ilə bağlı korporasiyanın məlumatında deyilir.

Coy Falotiko Amerika avtoistehsalçının marketinq bölməsinin rəhbəri olaraq 3 il idi ki, fəaliyyət göstərirdi. Hazırda isə bu vəzifəni icrası Lincoln Motor Company-Ford-un lüks avtomobillər üzrə istehsalçısı rəhbərini vəzifəsi ilə birləşdirilib. Xəbərdə qeyd edilir ki, bu markaya Amerika və Çin istehlakçıları tərəfindən tələbat olur. İndi Falotiko Lincoln-un qlobal artmasının sürətləndirilməsi üçün çalışacaq.

Ford markası yeni marketinq direktoru vəzifəsində rol alacaq şəxsin adını isə yaxın vaxtlarda elan edəcək. Bildirək ki, Ford-un baş direktoru vəzifəsində də dəyişiklik baş verib, Cim Farli vəzifəsini icrasına 2020-ci il oktyabrın 1-dən etibarən başlayıb. Həmin gün isə o çıxışında şirkətin idarəedilməsi üzrə restrukturizasiyası haqqında elan edib.

Əlavə edək ki, marketinqdən başqa, dəyişiklik kommersiya departamentinə də toxunub. Farli yeni maliyyə direktoru Tim Stounu elan edib, o şirkətdə 2019-cu ildən fəaliyyət göstərir. O, şirkətdəki yeni vəzifəsində 54 yaşlı veteran Con Louleri əvəz edib. Həmçinin yeni dəyişikliyə görə, Ford-un informasiya texnologiyaları üzrə qlobal direktoru təqaüdə göndərilib və avtoistehsalçının Avropadakı vitse-prezidenti də dəyişdirilib. Şirkətdə qərarların qəbul edilməsi üç biznes vahiddə birləşdiriləcək. Amerika, beynəlxalq bazarlar, Avropa, Çin.

Cim Farli özünün çıxışı zamanı deyib ki, o avtomobil fəaliyyətinin yenidən yığılması, keyfiyyətin artırılması və xərclərin aşağı salınması, effekti olmayan müəssisələrin restrukturizasiyası üzərində işləyəcəklər. Əsas hədəflər sırasına isə gəlirlərin artırılması, pilotsuz idarəetməyə keçid və yeni modellərin istehsalı daxildir.

© Facemark