AdAge nəşri 1930-cu illərdən bu yana yaşanan böhranlardakı innovasiyaların hər birini “Downtime Opportunity: 2020 Edition” adlı hesabatında analiz edib.
Lideri izləməyin, ona meydan oxuyun
Qazanmaq üçün qısa və uzunmüddətli hədəfləri düşünün
1973-cü ilin sonunda yaşayan enerji böhranı nəticəsində Toyota istehsal etdiyi hər şeyi satmağa fokuslanmışdı. Bir Toyota nümayəndəsinin o zaman AdAge nəşrinə verdiyi açıqlamasında deyirdi ki, “məhsullarımıza olan yüksək tələbat, bizi reklam investisiyalarını azaltmağa təşviq edir. Ancaq biz marketinq çalışmalarımızdan imtina etmədik”, demişdi.
Toyota, həm məhsullarını, həm də markasını uzunmüddətli dövr üçün inşa etmə planına sadiq qaldı. O zamana qədər idxalat birincisi Volkswagen-i 1976-cı ildə geridə qoydu və o gündən bu yana siyahının əvvəlində yerini qorumağa davam edir.
Bir sonrakı fürsəti dəyərləndirin!
2007-ci ildə Böyük Böhran dövründə Netflix müştərilərinin veb saytındakı kataloqundan seçdiyi DVD-ləri onlara göndərən şirkət idi. Ancaq bunu edən zaman ən böyük rəqibi və özündən 4 dəfə böyük həcmə malik olan Blockbuster-ı da yaxından izlədi. Sadəcə bu rəqabətin içində sıxışıb qalmayan Netflix-in bir gözü həmişə gələcəkdə idi. Bu qabaqlayıcı proqnozun ilk meyvəsi 2007-ci ildə təqdim etdiyi “anında izlə” funksiyası oldu. Netflix müştərilərinə seçdiyi filmləri 2007-ci ildə PC-ləri, 2008-də isə televiziyalardan anında izləmə funksiyası təmin edib. Daha o zamandan “gələcəkdə internet üzərindən evlərə film xidmətinin DVD-ni geridə qoyacağını düşünürdük” demişdi.
Blockbuster isə 2010-cu ildə iflas etdi və Netflix 2011-ci ildə gəlirinin çoxunu DVD-dənsə streaming üzərindən qazanmağa başladı.
Bu isə o deməkdir ki, aydınlıq sabahlar bu gün atılan addımların sonunda gəlir. Optimistliyinizi və sizi hər gün ayağa qaldıran həyəcanınızı itirməyin!
© Facemark