Tibb

05 Oktyabr

Alıcıları cəlb etməyə və alışa aparacaq LinkedIn-dən 4 TÖVSİYƏ

Korporativ bir sosial platforma olan LinkedIn virtual məkanda alıcılar və satıcılar arasındakı əlaqənin necə yaxşılaşdıracağına dair araşdırma aparıb.

Pandemiyadan dolayı şirkətlər bu və ya digər şəkildə virtual məkana daxil oldular. Məsələn, kimisi bütünlüklə onlayn-mağaza açdı, başqaları isə internet üzərindən sifarişləri almağa başladı. Virtual platformalara qayıdış müştərilər ilə münasibətləri də dəyişdirdi.

 

İnamın möhkəmləndirilməsi və müştəriləri alışa fokuslamağın 4 vacib rolunu qeyd ediblər. Bu haqda LinkedIn-in mütəxəssislərinin hazırladığı hesabatda bildirilib.

1. Alıcılarınızla problemi həll et

Sorğuya görə, problemin həll edilməsi alıcıların satıcılarda yüksək qiymətləndirdiyi xüsusiyyətdir. İnsanların sürətli və daha keyfiyyətli məsləhətə ehtiyacı var. Bu yolla onlar, nəinki doğru məhsulu tapacaq, eyni zamanda interfeys və çatdırılma ilə bağlı da maraqlanmağına səbəb olacaq.

2. Münasibətlər qurun

İnamla, diqqətli, aktiv şəkildə müştərini dinləmək və anında ehtiyacını müəyyən etmək, alıcıların satıcılarda qiymətləndirdiyi başqa bir xüsusiyyətlərdən biridir. Tədqiqat göstərir ki, müştərilərin ehtiyaclarını aydın şəkildə müəyyən edən menecerlər alıcıları ilə ən güclü əlaqələri qurmağı bacarırlar. Daha sonra isə bu müştəridə inam və brendə qarşı loyallıq hissini aşılayır.

3. Xəbərdar olun

Pandemiya istənilən coğrafi ərazidən mal tədarük edən satıcıların bazar xüsusiyyətindən sözün əsil mənasında xəbərdar olmasını sürətləndirdi.

LinkedIn-in hesabatına görə, respondentlərin demək olar ki, yarısı 49%-i detallı tarqetinq üçün genişləndirilmiş məlumatlardan istifadə edib. 47%-i isə inkişafın yeni sahəsini tapmaq üçün məlumatlardan faydalanıb.

İnformasiya savadlılığı satıcıları lazım olan məlumatları tapmağa və onları işlərində tətbiq etməyə kömək olur. Bu nəinki doğru insanları, doğru zamanda tapmağa kömək olur, eyni zamanda müştəriləri və onların ehtiyaclarını müəyyən edərək, onlara uyğun məhsullar təklif edir.

4. Adaptasiya edin

Sorğuda iştirak edən menecerlərin 80%-i etiraf edib ki, adaptasiya beş il əvvəl ilə müqayisədə daha vacib olub. Qeyri-müəyyən bir gələcəkdə bu bacarıq satış nümayəndələri üçün prioritet olacaq. İdarəçilər üçün isə adaptasiya müştərilər ilə əlaqədə qalmağa və satıcılar üçün isə rahatlıq deməkdir.

© Facemark