Tibb

10 İyun

User-generated marketinq nədir?

İstehlakçıların reklam kontenti yaratmasına, marketinq fəaliyyətlərinə başqa şəkildə qatılmasına fürsət yaradan marketinq kampaniyaları mövcuddur. Bunlar, istifadəçi tərəfindən yaradılmış marketinq olaraq qəbul edilir. Buna digər bir deyişlə, user-generated marketinq də deyilir.

3D qapı tutqacları

İstehlakçıların reklam kontenti yaratmasına fürsət yaradan hər hansı bir marketinq kampaniyası, istifadəçi tərəfindən yaradılmış marketinq olaraq qəbul edilir. Buna digər bir deyişlə, user-generated marketinq də deyilir.

Günümüzdə bu strategiyanın istifadəsi daha da asanlaşmışdır. Sosial media, təklif olunan saytlar və məzmun paylaşımı üçün vasitələri əhatə edən internet texnologiyalarının ortaya çıxması ilə populyarlaşıb.

Daha interaktiv və cəlbedici bir təcrübə

Marketoloqlar, istehlakçılara daha interaktiv və cəlbedici təcrübə yaşatmaq yönündə istifadəçilərin yaratdığı kampaniyaları həyata keçirirlər. Frito-Lay, istehlakçıları Doritosu digər istehlakçılara tövsiyə etməyə təşviq edir. Bu zaman yeni bir mənbədən gəldikləri üçün ortaya çıxan reklamları daha maraqlı hala gətirirlər.

Nəticədə qazanan reklam Super Bowl və digər televiziya verilişlərində ödənişli olaraq yayımlanır. Digər bütün reklamlar da internetdə mövcuddur və onlar sosial media vasitəsilə paylaşıla bilir.  

Şirkətlər müştərilərinə faydalı məzmun istehsalında kömək etmək üçün müxtəlif vasitələrdən və materiallardan istifadə edirlər. Bu materiallar müştərilərə fikirlərini bölüşməyə imkan verən istənilən üsul ola bilər. Aşağıdakılar da buna nümunədir:

  •    Şərh kartları
  •    Sosial şəbəkə səhifələri
  •    Müştəri rəyləri və reytinqləri
  •    Onlayn forumlar və bloglarda şərhlər

User-generated marketinq, Crash Super Bowl yarışması qədər mürəkkəb, yaxud məhsul veb saytında axtarış bölməsi kimi sadə ola bilər. Hansı formada olursa olsun, bu strategiya müştəriləri yalnız hədəflərə deyil, marketinq prosesində tərəfdaşlara çevirmək üçün hazırlanmışdır.

User-Generated marketinqi kim istifadə edir?

İstifadəçi tərəfindən yaradılan marketinq, səmərəli və nisbətən asandır. Strategiyanı həm böyük, həm də kiçik şirkətlər üçün faydalı edir.

Crash Super Bowl, istifadəçilər tərəfindən yaradılan nisbətən bahalı bir marketinq kampaniyası tətbiq edən böyük şirkət nümunəsidir. Frito-Lay yalnız kampaniya üçün xüsusi bir veb sayt və sosial medianın mövcudluğunu yaratmadı. Həm də Super Bowl zamanı reklam məkanını ödəyərkən qaliblərə mükafat olaraq pul da verdi. Məqsədləri reklamın dəyərini azaltmaq yox, reklamı görən insanların sayını artırmaq idi.

Kiçik şirkətlər istifadəçi tərəfindən yaradılan marketinqdən bəhrələnirlər. Çünki bu, biznes trafikini artıran güclü ağızdan ağıza marketinqə səbəb ola biləcək bir nüfuz yaratmağa kömək edir.

Məsələn, yerli restoranlar kimi kiçik müəssisələr Yelpdə özlərini reklam edirlər. İstehlakçılar yerli biznes tapmaq və digər istehlakçıların bu müəssisələri təsdiqləyib-təsdiq etməmələri üçün Yelpi ziyarət edirlər. Müştərilər ümumiyyətlə bir biznesə Yelpə müsbət rəy verərsə, digər istehlakçıların bu işin yeni müştəriləri olma ehtimalını artırır.

User-Generated marketinq planı yaratmaq

Əksər marketinq strategiyaları hədəf auditoriyanı müəyyənləşdirmək üçün bir araşdırma dövrü ilə başlayır. İstifadəçi tərəfindən yaradılan strategiya bu məlumatı əsl kampaniya zamanı toplayır.

Məsələn, yeni bir çörək zavodu açıldığını və işində istifadəçi tərəfindən yaradılan marketinq elementi tətbiq etmək istədiyini düşünək. Əsas iş, yəni çörək və ya digər un məmulatlarının hazırlanması, müştərilərin rəyini istəməklə başlaya bilər. Bu, mağazanın özündə şərh kartları yaxud, çörək saytındakı məhsul qiymətləndirmə sistemi kimi bir çox forma ala bilər.

Bu məqsədlə çörək zavodu, veb saytında müştərilərə müxtəlif məmulatlara bir-beş ulduz reytinqləri vermək üçün interaktiv menyu yarada bilər.

Çörək zavodu bu məlumatı ehtiyatını düzgün planlamaq və reseptlərini yaxşılaşdırmaq üçün istifadə edə bilər. Eyni zamanda ən yaxşı reytinqlərə diqqəti cəlb edə bilər. Məsələn, bir neçə müştəri tərəfindən menyudan şokoladlı keksə beş ulduzlu bir reytinq verildiyini düşünək. Bu zaman o, “Müştəri Favoriti” və ya “XYZ-Bakery.com-da tərəfinizdən 5 ulduzla reytinq aldı” olaraq reklam edilə bilər.

©markzone.az