McDonald’s fast-food restoranları şəbəkəsi qlobal marketinq komandasında dəyişikliyə getdiyini elan edib.
Fins.az xəbər verir ki, marketinq departamentinə rəhbərlik edən, baş vitse-prezident Kolin Mitçell şirkətdəki vəzifəsini dayandırmağı qərara alıb.
Onun vəzifəsini isə şirkətin baş icraçı direktoru (CEO) Kris Kempçinskiyə birbaşa hesabat verən Alister Makrou icra edəcək. Makrou, Silviya Laqnado getdikdən bəri bir ildir ki, boş qalan marketinq direktoru (CMO) vəzifəsini icra edəcək. Yeni CMO, qlobal menyudan, qlobal brenddən, qlobal insaytdan, McFamily-dən və marketinq strategiyasının reallaşmasından məsul olacaq.
Bundan başqa, o yeni nəsil marketinq komandasının formalaşmasına məsul olacaq və təlim və karyera proqramları həyata keçirəcək. Xüsusilə, Makrou özünün gələcək xələfini şirkətin beynəlxalq bazarlar üzrə prezidenti İen Borden ilə birlikdə müəyyən etməlidir.
McDonald’s komandasında ikinci vacib şəxs isə Morqan Fletli olacaq. Şirkətin məlumatında deyilir ki, o və Makrou birlikdə kompaniyanı krizisdən çıxarmaq prosesini sürətləndirəcəklər. Fletli, ABŞ-da Marketinq və Rəqəmsal İstehlak Təcrübəsi Direktoru vəzifəsinə əlavə olaraq, baş vitse-prezident vəzifəsinə yüksəldiləcək.
Bildirək ki, ABŞ fast-food restoranları şəbəkəsi üçün açar bazarlardan biridir, onun biznesinin bütün tempini təşkil edir.
Fletlinin məsul olduğu sahələr isə marketinq, dijital, media, CRM, brend-kontent, istehlakçı geridönüşləri, insayt, strategiya, Amerika bazarı üçün menyu olacaq. Fletli, həm ABŞ-da, həm də dünyada şirkətin marketinq imkanlarını gücləndirmək və agentliklər və tərəfdaşlarla güclü əlaqələr qurmaq üçün hazırlanmışdır.
Xatırladaq ki, birinci rübdə McDonald’s-un konsolidə olunuş gəliri 6% azalıb. Müqayisəli qlobal satış 3,4% enib. İlk iki ayda satışlar 7,2% artım göstərmişdi, amma martda isə bu göstəricilər nə az nə çox düz 22% endi.
©Facemark.az