Rusiyanın məşhur internet mağazası Wildberries Mayda 53,5 milyon ədəddən çox mal satıb, bu isə riteylerin pərakəndəçi bütün paylama komplesklərində ehtiyatın 60%-i deməkdir.
Fins.az xəbər verir ki, bu haqda şirkətin məlumatında deyilib.
Wildberries belə bir rəqəmlər ilə bütün onlayn riteyler tarixində ən böyük nəticəni əldə edib. Belə ki, şirkət 2019-cu ilin dekabrında 36,3 milyon mal satıb, bu isə 2020-ci ilin mayı ilə müqayisədə 1,5 dəfə azdır. Pul baxımından mayda satışların həcmi 38,9 milyard rubla çatıb, dekabrdakı göstəricilər isə 33,2 milyard rubl idi. Ən böyük alışlar fashion seqmentdən gəlib, bu seqment üzrə 22,2 milyon mal satılıb. Bu isə bir il öncəki göstərici ilə müqayisədə 130% çoxdur. İkinci və üçüncü yerlərdə isə gözəllik üçün mallar (8,4 milyon ədəd, +273%) və qidalanma məhsulları olub (3,4 milyon ədəd, +1933%).
Onlayn riteylerdə satışların pik həddi 20 Maya təsadüf edib. Yaz cümə gününün birinci həftəsində, yəni 20-26 May-da internet mağazasında 874 mindən çox sifarişlər olub.
Wildberries-də inkişafdan məsul direktor Vyaçeslav İvaşenkonun sözlərinə görə, “2020-ci ilin mayında 23,8 milyon sifariş əldə edilib. Bu isə şirkətin tarixində ən maksimal göstərici idi. Bu 2019-cu ilin dekabr göstəricilərini 8% üstələdi. Belə ki, 2020-ci ilin aprelində kompaniya 17,7 milyon sifarişi emal edib”.
Şirkətin məlumatlarına istinad edərək demək olar ki, təkcə Mayda şirkətin alıcı auditoriyası 2 milyon nəfər artaraq 30 milyonu keçib.
Qeyd edək ki, apreldə onlayn riteyler birinci dəfə Rusiyanın iri internet mağazaları reytinqində 8-ci yerdə qərarlaşıb. 2020-ci ilə qədər isə platforma bu siyahıda 9-cu sıranı aşmadı.
©Facemark.az