Tibb

02 İyun

Coca-Cola post koronadan sonrakı planlarını açıqladı

Coca-Cola pandemiyadan sonra diqqəti e-commersiyada cəmləyəcək. Krizisdə onlayn-mağazaların məşhurluğunun artması Coca-Cola-nın rəhbərliyini onlayn biznes və offlayn ticarətin inkişafına sövq etdi.

Coca-Cola korporasiyası COVID-19 pandemiyası ilə bağlı olaraq qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra, pərakəndə satış işini prioritet hala gətirəcək.

Facemark.az-ın məlumatına görə, Marketing Week nəşri yazır ki, şirkətin malliyyə direktoru Con Merfi bildirib ki, belə bir həmlə, Coca-Cola-nı krizisdən sonra da “güclü qalmasına” kömək olacaq.

Şirkətin nümayəndəsi öz planlarını açıqlayan zaman bildirib ki, COVID-19-dan sonra qarşıda duran prioritetlər arasında ilk sıralarda offlayn-ticarətin inkişafı və pərakəndə mağazaların bərpası durur. Eyni zamanda, məhdudiyətlər və digər səbəblərdən istehlakçılar onlayn alışa yönəldilər. Buna görə də, Coca-Cola offlayn ilə yanaşı, onlayn biznesinə də diqqəti artıracaq. Hazırda internet ticarət şirkətin cüzi bir hissəsini təşkil edir.

Con Merfi isə hesab edir ki, post krizisdən sonra, dönüş nöqtəsi ola bilər, belə ki, qısa zamanda onlayn istiqamət böyük rol oynaya bilər. Belə həmlələrin tətbiqindən sonra Coca-Cola digər prioritetlərə fokuslanacaq. Maliyyə direktoru deyib ki, şirkət özünün innovasiya planlarına baxacaq. Bu isə daha yeni məhsulları bazara çıxarmaq ehtiyacından yaranır.

Xatırlatmaq yerinə düşər ki, koronavirus pandemiyasına görə, şirkətin qlobal satışlarında enmə yaşanmışdı. Bu isə onunla bağlı idi ki, şirkətin məhsullarının satıldığı yerlərdə Coca-Cola müəssisələri bağlanmışdı. İtkiləri kompensasiya etmək üçün isə, korporasiya özünün xərclərinə yenidən baxmalı olub. O marketinq xərclərini azaltdı, büdcənin paylanmasını televiziya və onlayn üzrə paylaşdı.