Tibb

01 İyun

Youtube Video SEO-su üçün videolara altyazı əlavə etmək niyə vacibdir?

Cisco şirkətinin proqnozlarına görə 2022-ci ildə internetdəki trafikin 82%-i video məzmundan ibarət olacaq. Onlayn video formatının populyarlığının sürətlə artması şirkətlərin, brendlərin, bloggerlərin və influenserlərin rəqəmsal marketinq strategiyalarına ciddi təsir edəcək. Bu dəyişikliyə maksimum necə uyğunlaşmaq olar?

Video axtarış optimizasiyası ümumilikdə SEO-nun bir uzantısıdır. Video SEO-nun xarakterik xüsusiyyəti, hər hansısa veb səhifənin mətn elementləri ilə onlayn videonu bir araya gətirərək, həmin səhifənin aşkar (crawl) edilməsini və daha irimiqyaslı izləyici auditoriyasına çatdırılmasını təmin etməsidir. Video SEO-nun ənənəvi SEO ilə konsepsiya baxımından oxşarlığı olsa da, video məzmunun axtarışlarda uğurlu nəticə əldə etməsi fərqli yanaşma tələb edir. Adi vebsayt mətninin (copy) Google robotları tərəfindən aşkarlanması (crawling) üçün istifadə edilən taktikalar video formatı üçün mümkün deyil. Məqsəd videonun SEO-sunu mükəmməlləşdirməkdirsə, üzərində düşünülməli olan ilk addımlardan biri videoya altyazı əlavə etməkdir.

 

Video, daha öncə qeyd edildiyi kimi, tekstual məlumat daşıyıcısı deyil. Vebsaytda videodakı danışığı mətn olaraq yerləşdirmək, Google-un bu saytı indekslədiyi zaman mətni açar sözlərə görə aşkar edəbilməsi baxımından vacibdir. Altyazılar, Google-un videoda deyilənləri mətn olaraq aşkar etməsinə imkan verir və bu da təkcə açar söz sıxlığını deyil, həm də açar sözlərin müxtəlifliyinin də artmasına kömək olur. Beləcə, videonun axtarışlarda önə çıxması videonun yalnız təsviri, başlığı və tag-ləri ilə məhdudlaşmış olmur. Bu məsələdə altyazıların transkripsiyası da əhəmiyyətli rol oynayır. Bu, həm də videonun uyğun açar sözlərə görə Google axtarışlarda mövqeyini gücləndirir, baxış sayının və video üzərində istifadəçi hərəkətinin (engagement) artmasına səbəb olur.

Video altyazıları axtarış trafikini artırır

Altlazılar, video və audio məzmunun mətn olaraq yaradılmış formasıdır. Axtarış motoru (Google) robotları video seyr edə və ya audio dinləyə bilmir, ancaq mətni indeksləyə bilir. Videonun altyazıları, video məzmunun mətn olaraq axtarış motorları tərəfindən aşkarlanaraq indekslənməsini mümkün edir. Məsələn, bir xəbər məqaləsinin SEO strukturunu nəzərdən keçirmək olar. Belə bir mətnin başlığı və əsas mətn (copy) hissəsi olur, və bu elementlər Google tərəfindən indekslənə bilir. Bir videonun başlığı və bəlkə də təsviri olar bilər, ancaq videonun öz məzmunu axtarış botları üçün görünməz qalır.

Belə bir problemi həll etmək üçün video yer alan veb səhifədə videonun mətn versiyasını (transkripsiyasını) yerləşdirmək lazımdır.

Bunun effektiv olduğunu haradan bilirik?

Liveclicker tərəfindən həyata keçirilən bir araşdırmada, altyazıların əlavə edilməsindən əvvəl və sonra 37 veb səhifə müqayisə edilib. Video altyazısının mətn olaraq əlavə edildiyi səhifələrdən 16% daha çox gəlir əldə edilib. Başqa bir misal radio verilişinin podcast olaraq transkripsiyalı şəkildə veb səhifədə yerləşdirilməsidir. American Life radio şousunun audio podcastlarının vebsaytda transkripsiyasının yerləşdirilməsindən sonra səhifələrinə artan dinamikada trafik həcmi müşahidə edilib. Bundan sonra radio xidməti bütün audio arxivlərini transkripsiya edərək vebsaytda yerləşdirdi. Nəticədə sayta gələn unikal ziyarətçilərin 6,26% -nin məhz transkripsiya olan səhifəyə landing (keçid) edildiyi müəyyən edildi.

Altyazılı videolar axtarış nəticələrində yüksək sıralarda yer ala bilir

Videolara altyazı əlavə etmək, videolarınızın axtarışlarda yüksək sıralarda yer tutmasını mümkün edir. Altyazılar videonun oynadığı zaman qaynaq olaraq istinad etdiyi bir mətn faylıdır. Bu mətn faylı axtarış motorunun botları tərəfindən aşkar edilə və indekslənə bilər. Discovery Digital Networks (DDN) öz Youtube kanalında apardığı eksperimentdə altyazılı və altyazısız videoları müqayisə edir. Nəticə etibarilə müəyyən olunur ki, altyazılı videolar ortalama 7,32% daha çox izlənmə statistikasına malikdir. Eyni təcrübədə DDN, altyazıların axtarış botları tərəfindən indeksləndiyinin sübutunu da əldə edib. Belə ki, videonun başlığında, metada-sında və ya təsvirində yer almayan, amma videonun altyazısında olan açar sözlərə görə Youtube-da axtarış edildiyində, bu kanalın videoları 4-cü yerdə qərarlaşıb.

Altyazılar video üzərində istifadəçi hərəkətlərini (user engagement) də artır.

Videonun üzərinə klikləndikdə, onun mümkün qədər sona qədər izlənməsi arzuolunandır. Videonun izlənmə müddəti onun Youtube-dakı axtarış sıralamasında önə çıxması baxımından əhəmiyyətli bir metrikadır. Daha uzun izlənmə müddəti daha yüksək SERP göstəricisi deməkdir. (SERP - Axtarış nəticələri səhifəsi.)

Altyazılı videolar audio və ya audiosuz izlənməsindən asılı olmayaraq izləyicinin diqqətini uzun zaman özündə saxlayır. Bu, xüsusilə videoların səssiz və mobil ortamlarda izlənilməsi baxımından aktualdır. Facebook altyazılı videoların baxış sayının altyazısız olanlardan 12% daha yüksək olduğunu təsbit edir.

Altyazı əlavə edilməsinin avtomatlaşdırılmasına necə nail olmaq olar?

Videolara altyazı əlavə edilməsi youtuber-lər, reklamcılar və media üçün SEO baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin sürətlə yenilənən bloqsferada doğru anda və doğru zamanda video məzmunun yaradılması və SEO-nun təkmilləşdirilməsi rəqabətlillik baxımından artıq daha önəmlidir. Ənənəvi üsullarla altyazıların yaradılması və videolara əlavə edilməsi rəqabətin kəskinləşdiyi ortamda resurs və zaman itkisi deməkdir. Bu prosesin avtomatizasiyası isə rəqabətdə üstünlük əldə edilməsi anlamına gəlir.

Azərbaycan dilində altyazı yaradılmasının avtomatlaşdırılması da yerli bloggerlər və media üçün aktualdır. Belə bir imkanı AzReco şirkətinin təməlini qoyduğu VOICEN platforması yaradır. Platforma, təməlində süni intellekt duran ASR (automated speech recognition) texnologiyasını tətbiq edərək qısa bir müddətdə Youtube videosunun azərbaycan dilində olan transkripsiya mətnini avtomatlaşdırır. Youtube-dakı əksər video bloqların ortlama 15-20 dəqiqə olduğunu nəzər alsaq, belə videoların mətninin avtomatik yaradılması 3 dəqiqədən az müddətdə mümkün olur. Bu o deməkdir ki, videodakı insan nitqi avtomatik şəkildə yazıya çevrilir və mətn formasına gətirilir. İstifadəçi VOICEN platformasında mətn üzərində rahat redaktə işləri apara bilər. Daha sonra bu mətn SRT formatında Youtube videolarına əlavə edilə bilər.