Tibb

01 İyun

KFC qaldığı yerdən davam edir - Video

İngiltərə və İrlandiyadakı 500 restoranını evlərə sifariş üçün yenidən açan KFC, fəaliyyətdə olmadığı dövrdə də qızarmış toyuq sevdasından imtina etməyən KFC pərəstişkarlarına təşəkkür əlaməti olaraq 30 saniyəlik video hazırlayıb.

Facemark.az xəbər verir ki, marka koronavirus pandemiyasının dolayı restoranlarını bağlamışdı.

Pandemiyanın ilk dövrlərində isə bütün sevənlərinə özlərinin hazırlatdıqları qızarmış toyuqları #RateMyKFC həştəqi ilə sosial mediada paylaşmağa çağırış etmişdi.

İndi isə yenidən mətbəxə qayıdan marka bayrağı qızarmış toyuq sevənlərindən almaq üçün qolları çırmalayıb.

Marka karantinada öz KFC-lərini edən insanların səylərini Celine Dion-un All By Myself mahnısı ilə montajlayıb.

KFC-nin “Bundan sonrasını özümüz davam edəcəyik” dediyi kampaniya Mother London imzasını daşıyır.

- Reklamverən: KFC UK Ireland

- Reklam Agentliyi: Monther London