Tibb

21 May

Pandemiya səbəbindən reklamverənlər blogger reklamlarına üstünlük verməyə başladılar - Foto

Pandemiyadan dolayı Rusiyadakı böyük şirkətlər və beynəlxalq şirkətlər reklam xərclərini azaltmağı və sərbəst buraxılan vəsaitləri dondurmağı üstün tuturlar (sorğu aparılanların 62,5% -i).

Facemark.az xəbər verir ki, bu barədə PRT Edelman Affiliate-nin yeni bir araşdırmasında müəssisələrin top menecerləri danışıb.

 

Tədqiqatda müxtəlif sahələrdə - pərakəndə, əczaçılıq, bank və maliyyə və digər şirkətlərin 42 marketinq direktoru iştirak edib.

Rəyi soruşulanların 60%-i şirkətlərinin çöl reklamından imtina etdiyini, 34%-nin televiziyalarda ənənəvi reklamdan imtina etdiyini deyib. Lakin maraqlısı budur ki, bəzi sahələr iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq artım göstərib.

Reklamın prioritet sahələri arasında hazırda SMM (66%), kontekstli reklam (53%), bloggerlərlə reklam (44%) var. Reklamverənlərin 37,5%-i SMM-ə (37,5%-i) blogger, PR, banner reklamı (müvafiq olaraq 22%) xərclərini karantindən öncəki dövrlə müqayisədə artırıblar.