Tibb

15 May

Şəxsi Reputasiya və Yad “Qəhrəmanlar”

Nə qədər çalışsaq da müasir dövrdə qurmaq istədyimiz şəxsi reputasiyanın müəyyən mərhələlərinə bəzən tanıdığımız, bəzən də heç tanımadığımız insanları cəlb etmək məcburiyyətində qalırıq. Çünki, proses nə qədər şəxsi olsa da düzgün reputasiyanın qurulması üçün müxtəlif strateji və dayanıqlı fəaliyyətləri davamlı olaraq etməliyik. Auditoriyanızda sizin şəxsi reputasiyanızla bağlı müsbət fikirlər artdıqca sizdən gözləntilər də artır. Onlar sizdən daha dəyərli və daha faydalı kontent gözləyirlər. Ötən yazılarımda qeyd etmişdim ki, kontent yaradarkən biz auditoriyamızın istəklərini analiz edib, tələblərini nəzərə alıb kontenti ona uyğun yaratmalıyıq. Kimlərsə bizim yazılarımızı, müsahibələrimizi oxumağı xoşlayır, kimlərsə də bu məlumatları audio və ya video formatında qəbul etmək istəyir. Razılaşaq ki, müasir dövrdə kontentin müxtəlif formalarını yaratmaq bir insanın bacaracağı iş deyil.

Beləliklə, tələblər artıqca sizə bu yolda dəstək göstərəcək insanların sayı da artır. Daha çox dəyərli olmaq üçün siz şəxsi reputasiyanızın qurulmasına kənar şəxsləri cəlb etmək məcburiyyətində qalırsınız. Cəlb etdiyimiz insanlar bizə bəzən qarşılıqlı, bəzən isə qarşılıqsız dəstək göstərir. Reputasiyanız uğurlu olduqca və inkişaf etdikcə sizə bu yolda dəstək göstərən (ən çox da qarşılıqsız) insanlarda müəyyən hisslər yaranmağa başlayır. Uğurlu reputasiyanı əsərlə müqayisə etsək, həmin şəxslər getdikcə özlərini bu əsərin müəllifi və kölgədə qalmış gizli qəhrəmanlar kimi hiss edirlər. Qısası, reputasiyamızı qurmaqda, kontent yaratmaqda və bu yolda istənilən işdə bizə dəstək göstərən insanları ətrafımıza cəlb edərkən diqqətli olmalıyıq və ya bunu INPRESS kimi peşəkar komandaya etibar etməliyik

Müəllif:Anar Əskərov