Tibb

13 May

Facebook və Instagram kiçik biznesləri dəstəkləmək üçün yeni alətini təqdim edib – Foto

Söhbət Sizin yaxınlığınızdakı bizneslərdən gələn postlar və kiçik biznesi dəstəkləmək üçün Stories üçün olan etiketdən gedir.

Facebook və Instagram sosial şəbəkəsi, koronavirus epidemiyasının yayılması fonunda kiçik biznesləri dəstəkləməyə istiqamətlənmiş yeni funksiyalarını təqdim edib.

Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin saytında məlumat verilib.

Şirkətin məlumatında isə deyilib ki, “İndi biznesə onlayn keçid əvvəlki dövr ilə müqayisədə daha da aktuallaşıb. Bir çox mağazalar bağlandı, sosial şəbəkələr internetdə bir növ Main Street (əsas alış-veriş küçəsi) rolunu oynadı”. Facebook da Sizin yaxınlığınızdakı bizneslərdən gələn postlar funksiyası (Posts from Businesses Near You) meydana gəlib, bu isə istifadəçilərə kiçik kompaniyaların reklamlarını tapmağa, biznesmenlərə isə özünün xidmətləri haqqında yeni məlumatları paylaşmağa kömək olacaq. Instagram-da isə Storiesdə indi kiçik bizneslərə dəstək üçün etiketlər yaranıb. İstifadəçilər bu funksiya ilə sevdikləri lokal restoran və mağazaları əlavə edə bilərlər. Etiketlər həm də onun üçün şirkətlərə vacibdir ki, onlar bir-birilərini dəstəkləyəcəklər.