Tibb

08 May

McDonald's Ramazanda qadağalara rəğmən qeyri-adi reklam çəkdi – Səudiyyə Ərəbistanında -Video

McDonald's reklam çəkdi: Ramazanda oruc tutanlar üçün saat ərsəyə gətirdi. Virtual qum saatı oruc tutanlara yemək vaxtları haqqında məlumat verir.

Səudiyyə Ərəbistanı McDonald's-ı Ramazanda qida reklamına qoyulan qadağadan çıxış yolu kimi bir yol tapıb. Bu ölkədə Ramazan ayında qida və içki reklamının nümayişi (küçədə, internetdə) qadağandır.

Bu isə ona görədir ki, oruc tutanlar yeməyə təhrik edilməsin. Səudiyyə Ərəbistanı McDonald's-ı isə qaydaları pozmadan öz məhsullarının reklamı üçün bir yol tapıb. O iftara (Ramzadanda axşam yeməyi üçün vaxta verən ad) qədər vaxtı hesablayan virtual qum saatı hazırlayıb.

Qum saatının forma və rəngləri McDonald's-un ikonik məhsullarını xatırladır – Biq Mak, MakFluri dondurması və kartof fri. Onlar iftara qədər forma almaq üçün virtual qum ilə doldurulur. Reklam sosial şəbəkələrdə və dijital ekranlarda yayımlanıb.

Layihə üzərində Leo Burnett Saudi Arabia işləyib.