Tibb

06 May

Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxub.

“İnterfaks” nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, O.Lyubimova xəstəliyi yüngül formada keçirdiyi üçün evdən işini davam etdirir.

“Nazirin COVID-19 testi müsbət nəticə verib. O, hazırda evindədir, işlə bağlı görüşləri və danışıqları videokonfrans formasında evindən icra edir”, - deyə, nazirin mətbuat katibi Anna Usaçova bildirib.

Nazirin səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini Sergey Obrıvalin icra edəcək.

Qeyd edək ki, Rusiyada aprelin 30-da hökumət başçısı Mixail Mişustin, mayın 1-də isə İnşaat naziri Vladimir Yakuşev və onun müavini Dimitriy Volkov koronavirusa yoluxublar.