Tibb

06 May

TikTok auditoriyasını artıracaq yeni layihə hazırlayır – Bloomberg yazdı

TikTok televiziya üçün realiti-şou hazırlaya bilər. Bu ona daha yetkin auditoriyaya çıxış imkanı verəcək.

TikTok videoxidmətinin rəhbərliyi özlərinin şəxsi realiti-şoularını hazırlamaq haqqında düşünür.

Facemark.az xəbər verir ki, bu plan haqqında Bloomberg agentliyinə mənbələrdən biri deyib. Bildirilib ki, format hələ ki müəyyən edilməyib və ideya axtarışları davam edir.

Mənbə nəşrə deyib ki, nümunə kimi isə Beat Shazam şou haqqında danışılıb. Bu şouda iştirakçılar musiqi melodiyasını doğru təxmin etdiyi təqdirdə, pul qazanır. TikTok artıq bu layihənin reallaşması üçün prodüser axtarışındadır. Onun köməyi ilə TikTok ümumi auditoriyanı artırmaq haqqında düşünür.

Agentlik yazır ki, televiziya şousu sayəsində şirkət daha yetkin auditoriyanın artımı haqqında düşünür.

Xatırlatmaq yerinə düşər ki, qonşu ölkə Rusiyada TikTok-un auditoriyası 2020-ci ildə 18 milyon istifadəçiyə çatıb. Onun Rusiyadakı auditoriyasının 27%-ni isə 13-17 yaş arası gənclər təşkil edir. Mediascope-nin məlumatına görə isə, TikTok Rusiyada mobil internetdə uşaq auditoriyası arasında TOP-15 resursa daxildir.