Tibb

06 May

YouTube yenilik haqqında düşünür: İndi vəziyyət koronavirusa görə daha da qarışıqdır

YouTube xəbər mediasına kanallarında abunə satmağa icazə verə bilər. Belə bir tədbir medianın məzmundan pul qazanmasını artırmalıdır.

YouTube videohostinqi xəbər mediasına (KİV) özlərinin kanalları üzərindən abunə satmağa icazə verə bilər.

Facemark.az-ın məlumatına görə, Digiday portalı yazır ki, platforma bu yeniliyi ilin sonuna qədər test etməyi planlaşdırır.

Bu təşəbbüs Google-un xəbər sənayesinə dəstək proqramının bir hissəsidir. Beləliklə, yayımçılar üçün YouTube isə satış vasitəsindən birinə çevriləcək. Məsələn, xəbər kanalları aylıq ödəniş edən abunəçilərinə videolara eksklüziv giriş təklif edə bilər. Hazırda isə yayımçılar videolara yerləşdirilən reklamlardan 55% gəlir əldə edirlər. Ancaq son zamanlar isə reklamverənlər özlərinin reklamlarını KİV kanallarında daha az yerləşdirilər. Reklamçıların qorxusu isə odur ki, onların reklamları mübahisəli məsələri yayımlayan videolarda görünə bilər.

Həmçinin indi vəziyyət koronavirusa görə daha da qarışıqdır. Belə ki, martda 1000 baxış üzrə əldə edilən gəlirlər 20% azalma nümayiş etdirib. Halbuki, martda YouTube-da insanlar daha çox vaxt keçiriblər. Yayımçıların özləri isə reklam gəlirlərindəki paylarını artırmaq üçün daha vacib həll yolunun təklifini dəstəkləyirlər. Onların fikrincə, KİV-in YouTube kanalları üzərindən abunə satışı heç də onların maddi problemlərini kompensasiya etməyəcək.