Tibb

04 May

Burger King-dən qeyri-adi kampaniya: Bunun üçün Zoom-dan istifadə etdi – Foto

Burger King Zoom-da arxa fon üçün özünün bilbordunu təklif etdi. Şəbəkə onun təsvirindən istifadə edənlər üçün pulsuz vopper söz verdi.

Fast-food restoranları şəbəkəsi Burger King özünün çöl reklamını göstərmək üçün qeyri-adi yola əl atıb. Belə ki, karantin olduğu üçün onun çöl reklamını heç kim görmür.

 

Facemark.az xəbər verir ki, bu haqda AdAge portalı yazıb.

 

Dünyanın dörd bir yanında insanlar evdə oturduqlarında, şirkətin bilbordu da işləmir. Buna görə də Burger King istifadəçiləri Zoom videokonfrans platformasında arxa fon üçün onun təklif etdiyi fotodan istifadəni təklif edib.

Buna qarşılıq olaraq isə fast-food restoranları şəbəkəsi pulsuz vopper kuponu təklif edir, belə ki ondan aprelin 28-dən mayın 1-dək istifadə etmək olar. Pulsuz vopper əldə etmək üçün isə brendin bilbordunu yükləməlisiniz, Zoom-da keyfiyyətli arxa fon fotosu kimi istifadə etməlisiniz və onu #HomeOfTheBillboards həştəqi ilə sosial şəbəkələrdə paylaşmalısınız.

Aksiyaya isə təkcə ABŞ-da yaşayan sakinlər qoşula bilər. Layihə üzərində David Buenos Aires agentliyi işləyib.