Tibb

04 May

Dünyanın ən böyük reklam agentliyi maliyyə hesabatını açıqladı - Foto

WPP mart və birinci rübdə əsas bazarlarda gəlirlərin endiyini bildirib. Rusiyada isə cari ilin birinci 3 ayında gəlirlər 11,5%, martda isə 0,7% artım göstərib.

WPP 2020-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini elan edib. Şirkətlər qrupunun gəlirləri ötən maliyyə hesabat dövründən şirkətin gəlirləri 3,3% azalma göstərib.

Facemark.az xəbər verir ki, martda isə koronavirus epidemiyasının yayılması fonunda gəlirlərdə 7,9% azalma müşahidə edilib.

ABŞ-da yanvar-mart aylarında tranzit xərcləri çıxılmaqla gəlir əvvəlki hesabat dövrü ilə müqayisədə 1,6% azalıb. Martda göstəricilər -3,7%-ə çatıb. Ən güclü enmə Çin, Tayvan, Honkonq bazarlarında qeydə alınıb-birinci rübdə 21,3%, martda isə 30%.

Rübün nəticəsinə görə Rusiyada tranzit xərclər çıxmaqla gəlir keçmiş dövrlə müqayisədə 11,5% artıb. Martda isə gəlir artımı 0,7% təşkil edib. Belə məlumatlar investorlar üçün olan təqdimat məlumatlarında deyilib.

Şirkətlər qrupunun rəhbəri Mark Rid deyib ki, kompaniya koronavirusun təsirini hiss etməzdən əvvəl, performans göstəriciləri yüksək olub. O, deyib ki, birinci rübdə Intel-ın qlobal inteqrasiya olunmuş hesabı, Discover-in kreativ büdcəsi, Hasbro və Novo Nordisk-in media akkountları daxil olmaqla, yeni müştərilərindən 1 milyard dollar qazanıb.

Mark Rid

İndi şirkət üçün koronavirusla əlaqəli məhdudiyyətlərin mümkün nəticələrini qiymətləndirmək çətindir. Qısa müddət ərzində COVID-19-un təsiri yalnız artacaq.

WPP-ın səhmlərinin dəyəri il ərzində 45% azalıb, Bloomberg nəşri yazır. Omnicom Group-un qiymətli kağızlarının dəyəri 30% azalma göstərib, fransız qrupu Publicis Groupe-da isə 32%-lik enmə müşahidə edilib.

Martın sonunda holdinq antiböhran planı hazırladı. Antiböhran planı çərçivəsində şirkət dividentlərin ödənilməsini də təxirə saldı.