Tibb

01 May

McDonald's Rusiyanın baş direktoru Mark Karenadan post-korona dövründən sonra ilə bağlı – VACİB PROQNOZLAR

McDonald's: Karantindən sonra restoranlar menyunu azaldacaq. McDonald's Rusiyanın baş direktoru Mark Karena hesab edir ki, özünütəcrid dövrünün bitməsindən sonra, bir çox restoran menyuda olanların sayını azaldacaq, RBK nəşri yazır.

Mark Karena gələcəkdə restoran, kafe və digər ketrinq müəssisələinin daha az, daha yaxşıdır iş prinsipinə keçəcəyinə inanır. Onun sözlərinə görə, krizis bir çox sahibkara istehsal prosedurunu asnlaşdırmaq, tədarüklə əlaqəli riskləri və menyuda olanların sayını azaltmağı başa düşməyə imkan verib. Bundan başqa, Karena təklif edir ki, gələcəkdə qida xidməti bazarı Rusiya tədarükçüləri ilə işləməyə daha çox diqqət ayıracaq.

 

Belə ki, hazırda məhsul və xammalın 40%-ni xarici tədarükçülər təmin edir, bura məsələn idxal olunan kofe, mal əti və tərəvəz daxildir. Lakin rublun devalvasiyası ilə birlikdə, çatdırılmanın çətinləşməsi restoran sahiblərini Rusiya istehsalçıları ilə daha sıx işləməsinə məcbur edəcək.

Baş direktor əlavə edib ki, pandemiyadan sonra bir çox müəssisə genişlənməyi dayandıracaq və özünün hazırda mövcud olan biznesini möhkəmləndirməyə fokuslanacaq. Buna görə də resursları işə götürməyə və maketinq, promoaksiyalara diqqət ayırmağa istiqamətlənəcəyik.

O, əlavə edib ki, böhrandan sonra bir çox meydançalarda boşluq olacaq, bu isə sahibkarlara vaxtında, cəld inkişaf etmək üçün unikal imkanlar verəcək. Eyni zamanda, sərfəli niş bazarlar da tutmaq olar. Karena, həmçinin inanır ki, bir çox sahədə meydançanın boşalması, daşınmaz əmlak bazarında qiymətlərin enməsinə səbəb olacaq.

“Ən böyük dəyişikliklər alış-veriş mərkəzlərində olacaq”, - deyə o, sözlərinə əlavə edib.

McDonald's Rusiyanın baş direktoru Mark Karena kiçik proqnozunu da verib: “Qida xidmət bazarı özünü 6-12 ay ərzində bərpa edəcək. Ancaq bu o halda ola bilər ki, koronavirusun ikinci dalğası olmasın”.