Tibb

01 May

Twitter-dən 8 milyon dollarlıq zərər: Şirkətin CEO-su Cek Dorsi açıqlama etdi

 
 
 

Twitter-dən 8 milyon dollarlıq zərər: Şirkətin CEO-su Cek Dorsi açıqlama etdi

 25
 

Twitter-in reklam gəliri 2020-ci ilin birinci rübündə 18%-dən 0,4%-ə qədər yavaşladı. Platformanın yanvar-mart ayları ərzində xalis itkisi 8 milyon dollara çatdı.

Twitter özünün rəsmi bloqunda 2020-ci ilin birinci rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

Facemark.az-ın məlumatına görə, 2019-cu ilin birinci rübündə reklamdan gəlirlər 0,4% artaraq 682 milyon dollara çatıb. 2018-ci ilin birinci rübündə artım dinamikası 18%, daimi valyuta ilə 20% olub. Platformada reklam mesajlarının sayı il ərzində 25% artıb, əməliyyatların dəyəri isə (CPE) 19% azalıb.

Twitter-in xalis zərəri 2020-ci ilin birinci rübündə, yəni cəmi 3 ayda 8 milyon dollara çatıb. Bildirək ki, The Wall Street Journal şirkətin birinci rübdəki itkisini 16 milyon dollar proqnoz edirdilər. Platformanin ilin ilk üç ayında gəlirləri 2,6%-lik artım nümayiş etdirib və 808 milyon dollara çatıb. Şəbəkə, həmçinin elan edib ki, auditoriyanın həcmi 9% və ya 166 milyon istifadəçiyə qədər artıb.

Twitter-in baş icraçı direktorunun (CEO) sözlərinə görə, ilin birinci iki rübündə şirkət yüksək nəticələr göstərib. Birinci rübdə artım dinamikasının azalmasına səbəb isə koronavirus epidemiyası fonunda ümumi iqtisadiyyatın azalması olub.