Tibb

28 Aprel

AdIndex: Reklam bazarında lider dəyişdi

Media Instinct agentliyi (OMD OM Group-a daxildir) 2019-cu ildə rus mediasında ən böyük reklam alıcıları reytinqində (TV, radio, ənənəvi mətbuat, çöl reklamı, internet) birinci olub.

Facemark.az-ın məlumatına görə, bu haqda sektor üzrə yazılar dərc edən AdIndex nəşrinin məlumatında deyilib.

2019-cu ildə Media Instinct agentliyinin reklam alışları üzrə həcmi 22,89 milyard rubl olub. Media Instinct birinci yer uğrunda Starcom-u (Fransanın holdinqi Publicis Group-a daxildir) ötüb keçib.

Starcom-un 2019-cu ildə reklam alışı 14,26 milyard rubl olub ki, bu da onu reytinqdə beşinci edib. Belə ki, 2019-cu ildə agentlik üç böyük müştərisini - Coca-Cola, Mars və Bilayn-ı itirmişdi. Coca-Cola və Mars CIS müqavilənin dəyəri isə müvafiq olaraq 2,06 milyard, 2,39 milyard rubl ilə MediaCom alıb. Bilayn isə reklam agentliyi kimi 2,26 milyard rubl dəyərində Havas Media (ADV qrupuna daxildir) ilə çalışmağa başlayıb.

Qeyd edək ki, 2019-cu ildə reklam bazarının həcmi 5% artaraq 494 milyard rubla çatıb. Bu haqda isə ölkənin Kommunikasiya Agentliklərinin Assosiasiyasının məlumatında deyilib.

Ancaq OMD OM Group-unun baş direktoru Dimtriy Dmitriyev isə deyib ki, 2020-ci ildə pandemiya və onun nəticələrinə görə, bazar düşəcək.