Tibb

27 Aprel

Məsafəli çalışma sisteminin mənfi və müsbət cəhətləri: “Bitrix24”in mütəxəssisləri açıqladı

“Bitrix24” analitik mərkəzinin mütəxəssisləri məsafəli çalışma sisteminin üstünlüklərini və çatışmazlıqlarını müəyyən ediblər.

Facemark.az-ın məlumatına görə, tədqiqat bu ilin aprelində 900-ə yaxın şirkət arasında keçirilib.

RT analitik mərkəzin nəticələri ilə tanış olub və rəyi soruşulan respondentlərin 34%-i bildirib ki, şəxsi kommunikasiyanın olmaması məsafəli çalışma sisteminin ən mənfi cəhətidir. Respondentlərin daha 27%-i isə deyib ki, motivasiyanın əskikliyi kolleqaları əhatə edən ən böyük çatışmazlıqdan biridir.

Belə çalışma sisteminin ən vacib üstün cəhətləri isə yolda itirilən vaxta, qidaya (52%), iş yerlərində kirayə haqqına qənaət (25%) olub. Respondentlərin 23%-i isə bildirib ki, belə çalışmanın ən plus cəhətlərindən isə biri odur ki, dünyanın istənilən nöqtəsində yaşayan çalışan işə götürmək olur.

Eyni zamanda, şirkətlərin 60%-i isə hesab edir ki, məsafəli çalışma heç də ofis ilə müqayisədə effektiv deyil.