Tibb

27 Aprel

“Ebiquity”nin son araşdırması: Brendlər ilin geridə qalanında necə addım atacaq? – Foto

Qlobal araşdırma şirkəti Ebiquity-nin məlumatına görə, koronavirusun yayılması və özünütəcridin geniş yayılmasından dolayı, brendlərin 81%-i ilin geridə qalanında reklam büdcələrini azaltmağı planlaşdırır.

Facemark.az-ın məlumatına görə, sorğu 19-31 mart tarixlərində 44 beynəlxalq şirkətin iştirakı ilə aparılıb. Həmin şirkətlərin isə mediabüdcəsi ən azı 15 milyard dollar, satışlarının həcmi isə 200 milyard dollar olub.

Pandemiyadan ən çox əziyyət çəkən reklam sahələri çöl reklamı və kinoteatrlarda yerləşdirilən reklamlar idi. Şirkətlər isə müvafiq olaraq bu sahələrə büdcəni 73% və 72% azaltdılar. Reklam büdcəsinə yenidən baxacaq olan şirkətlərdən yarısı deyib ki, onlar reklam büdcəsini ən azı 20% qədər azalda bilərlər. 5%-i isə bildirib ki, dəyişiklik etməyəcəklər. Respondentlərin, yəni marka nümayəndələrinin 10%-i isə bildirib ki, onlar reklam investisiyalarının həcmini artırmağı planlaşdırırlar. Daha radikal qərar almağa hazırlanan şirkətlərin 10%-i isə deyir ki, onlar ilin qalanında reklam büdcələrini iki dəfədən də çox azaltmağı planlaşdırırlar.

Rəyi alınan marka nümayəndələrinin ¾-ü, təxminən 73%-i koronavirus epidemiyasından dolayı bu il satışlarda artım gözləmir. Respondentlərin yarısından çoxu, 56%-i isə deyib ki, bu il satışlar təxminən 40%-ə qədər azalacaq. Respondentlərin 17%-i isə əmindir ki, COVID-19 empidemiyasının yayılması satışlara təsir etməyəcək.

Axtarış reklamları isə ən güclü pozisiyasını qoruyub saxlayır. Markaların 32%-i bu istiqamət üzrə xərcləri artırmağı planlaşdırır. Reklamın bu istiqaməti üzrə xərcləri azaltmağı düşünən brendlər isə 14-dir. Reklamverənlər digər rəqəmsal reklam formatlarından əmin deyillər. Brendlərin 40%-i bu istiqamət üzrə büdcələrini azaldır, digər 40%-i isə əksinə artırır.