Tibb

24 Aprel

“Google” yeni işçilərin işə qəbulunu dayandırır, reklam büdcəsini azaldır

 

Xəbərlər
İKT xəbərləri
Xarici biznes xəbərləri

“Google” yeni işçilərin işə qəbulunu dayandırır, reklam büdcəsini azaldır

24/04/2020    

“Google” 2020-ci ilin ikinci yarısı üçün reklam büdcəsini azaldıb.

Fins.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat verib. Müvafiq məktub şirkətin marketinq şöbəsinə göndərilib.
Bundan əlavə, “Google” yeni işçilərin işə qəbulunu müvəqqəti olaraq dayandırdığını bildirib.

“Büdcə kəsiri və işə götürmə prosesinin dondurulması həm marketinqdə, həm də Google-da baş verir”, – məktubda deyilir. Bunun nə qədər müddət davam edəcəyi barədə məlumat yoxdur.

Şirkətin nümayəndəsi CNBC-yə budə azalmalarının “bəzi sahələrdə” olduğunu təsdiqləsə də, dəqiq məlumatları açıqlamadı. Onun sözlərinə görə, “Google” işəgötürməni sadəcə ləngitməyi planlaşdırır.

©Banker