Tibb

24 Aprel

Striminq xidməti “Netflix”in göstəriciləri rekord vurdu

Netflix striminq xidmətinin gəlirləri 2020-ci ilin birinci rübündə 5,8 milyard dolllara qədər böyüyüb. Ötən ilin anoloji dövründə isə bu göstərici 4,5 milyard dollar olub bu isə 28%-lik artım deməkdir.

Facemark.az-ın məlumatına görə, rüb ərzində şirkətin marketinq gəlirləri 3,6 milyard (rüb ərzində 24%-lik artım) dollara qədər artıb.

Bir öncəki ilin anoloji dövründə bu göstərici 2,9 milyard dollar olub, artım isə 24%-dir. Bu dövr ərzində xalis mənfəət isə 2 dəfədən çox artıb-344 milyon dollardan 709 milyon dollara qədər. Yeni abunəçi sayı 15,8 milyon nəfər olub. Ötən ilin anoloji dövründə bu göstərici 9,6 milyon nəfər olub.

Şirkətdən deyiblər ki, bu mərhələ onlar üçün baxış və istifadəçilərin sayının artımı üçün uğurlu olub. Bildirək ki, oxşar artım digər ev əyləncə xidmətlərində də müşahidə edilib.

Netflix koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin bitməsindən sonra abunəçi və baxış sayında heç də azalma gözləmir.

Xatırladaq ki, Netflix 200 ölkədə xidmət göstərir. O, həmçinin özünün film, serial, verilişlərini də hazırlayır.