Tibb

23 Aprel

Coca-Cola ikinci rübdə özünün məhsullarına tələbdə enmə gözləyir

Kompaniyanın qlobal satışları yanvardan martadək enmə nümayiş etdirib, bu isə pandemiya fonunda müəssisələrin bağlanmasına görədir. Dəyişikliyə adaptasiya olmaq üçün korporasiya reklam xərcləri baxımından daha çevik olmağı planlaşdırır.

Coca-Cola-nın qlobal xalis gəlirləri COVID-19-un yayılması fonunda 2020-ci ilin birinci rübündə 1% azalaraq 8,6 milyard dollara çatıb.

Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin yanvar-mart ayı üzrə maliyyə hesabatında deyilib. İlin ¼ rübündə ümumi satışlar da 1% azalıb.

Şimali Amerikadakı davamlı böyümə, pandemiyanın ən çox vurduğu Asiya-Sakit Okean bölgəsindəki enməni kompensasiya edə bilməyib. Xüsusilə pandemiyaya görə, daha çox zəifləyən sahələr “Alkoqolsuz qazlı içkilər (-2%), “Şirə, südlü içkilər, bitki mənşəli içkilər” (-6%), həmçinin “Çay və kofe” (-6%) olub.

Coca-Cola-da isə gözləyirlər ki, ilin ikinci rübündə koronavirus pandemiyasının, maliyyə nəticələrində əhəmiyyətli təsiri olacaq, məhsullara tələb azalacaq.

Şirkətin satışlarının demək olar ki, yarısı pandemiyaya görə, işlərini dayandırmış, restoran, stadion, əyləncə mərkəzləri və s. gəlirdi.

Aprelin başlanğıcında isə şirkətin qlobal satışlarının həcmi 25% azalma göstərib. Bu isə pandemiyaya görə, şirkətin özünün müəssisələrini bağlaması ilə bağlıdır.

Coca-Cola rəhbərliyi isə özünün marketinq strategiyasına yenidən baxmaqla məşğuldur. Şirkət iki həftə bundan öncə marketinq xərclərini əhəmiyyətli dərəcədə azaltmağa qərar vermişdi. Şirkət bu qərarını önunla izah edirdi ki, çətin dövrlərdə marketinqi effektivliyi daha az effektli olur.

Warc nəşrinin yazdığına görə isə, şirkət o ölkələrdə marketinq xərclərini azaldacaq və ya dayandıracaq ki, dövlət səviyyəsində COVID-19-un yayılmasının qarşısını almaq istiqamətində ciddi addımlar atırlar və sərt məhdudiyyətləri tətbiq edirlər.