Tibb

21 Aprel

Tom və Cerri cizgi filminin yaradıcılarından biri vəfat etdi

Rejissor, Tom və Cerri cizgi filminin ilk seriyalarının yaradıcılarından biri olan Cen Deytç (Gene Deitch) 95 yaşında özünün Çexiya şəhərindəki mənzilində vəfat edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, onun yayımçısı Piter Himel deyib ki, Amerika əsilli rəssam, cizgi film animatoru, rejissor Cen gözlənilmədən vəfat edib.

Deytç keçmiş hərbiçi olub, o Holivudun iki nəhəng studiyasında çalışıb, məsələn, Tom Cerri, Dənizçi Popeye kimi məşhur cizgi filmləri üzərində işləyib. Ancaq uzun illər Çexiya Respublikasında yaşayıb.

O, həmçinin Oskar mükafatçısıdır və 1960-cı ildə qızıl heykəl qazanıb. Bu illər ərzində isə o ikinci dəfə Nudnik, Dostluqdan necə qaçmaq olar cizgi filmlərinə görə Amerika Kino Akademiyasının mükafatına layiq görülmüşdü.

© Facemark