Tibb

20 Aprel

Ceff Bezos sifarişlərin sayının kəskin artmasından danışdı: “Ciddi problemdir”

Amazon pərakəndə satış saytındakı alış sayını azaltmağa çalışır. Şirkət əsas mallara olan tələbin öhdəsindən gəlməyi dayandırır.

Onlayn-riteyler Amazon karantinadakı insanların daha az alış etməsi üçün bir çox ölçülər qəbul edib.

Facemark.az-ın məlumatına görə, New York Post nəşri yazır ki, saytda artıq müəyyən bir insanın bəyənə biləcəyi məhsullara dair tövsiyələr lenti yoxdur.

Ajiotajdan dolayı, şirkət ənənəvi Analar günü (10 may), Atalar günü (21 iyun) və ənənəvi Prime Day satışlarından imtina edib. Həmçinin şirkət digər aksiya və endirimləri də ləğv edib. Şirkətin rəhbəri Ceff Bezos isə sifarişlərin indiki sayını ciddi problem adlandırıb.

Amazonun nümayəndəsi:

Bir qayda olaraq biz bacardığımız qədər çox satmağa çalışırıq. Ancaq indi bizim şəbəkəmiz əl üçün dezinfeksiya vasitələrinə, tualet kağızı və s-nin alışına görə həddindən artıq yüklənir. Belə olan halda isə digər istehlakçıların tələblərini qarşılaya bilmirik.

Xatırladaq ki, bir ay əvvəl şirkət işə 100 000 anbar işçisi işə almalı idi. Ancaq bu yaxınlarda Amazon-dan dedilər ki, onların daha 75 000 anbar işçisinə ehtiyacları var.