2020-ci ilin birinci rübündə şirkətin gəlirləri gözlənildən çox pis olub, amma bununla belə Çində karantinin ləğvinə görə artım mümkündür.
LVMH-in 2020-ci ilin birinci rübündə gəlirləri 15% azalıb, L`Oreal-da isə enmə 4,8%-ə çatıb. Ancaq rəhbərlik heç də optimistliyini itirmir.
Facemark.az xəbər verir ki, L`Oreal-dan deyiblər ki, bazar mağazaların bağlanması ilə bağlı ölçülərin aradan qaldırılmasından sonra özünü yenidən bərpa edəcək.
LVMH rəhbərliyi də koronavirusun gətirdiyi nəticələrin uzunömürlü olmayacağını deyir. Şirkətlərin gəlirləri, karaninin yavaş-yavaş qaldırıldığı Çindəki işlərin nəticələrindən çox asılıdır.
Xatırladaq ki, təkcə son iki həftə ərzində LVMH-in Çindəki satışları ötən ilin analoji dövrü ilə müqayisədə 50% artım göstərib. L`Oreal isə aprel üzrə satışlarda 5-10%-lik böyümə gözləyirlər.
