Tibb

17 Aprel

Aleksandr Oveçkin, xokkey üzrə idmançı Johnson’s brendinin siması oldu – Video

Rusiyanın xokkey üzrə idmançısı Aleksandr Oveçkin uşaq kosmetika və şəxsi qulluq vasitələrinin istehsalçısı Johnson’s brendinin siması oldu.

Facemark.az-ın məlumatına görə, “Həssaslıq gücdür” adlı reklam kampaniyasında xokkey oyunçusu və həyat yoldaşı Anastasiya və kiçik oğlu Serejey ilə birlikdə onlayn çarxlar seriyasına başlayıb.

 

Çarxda ailə həyatının eskizləri göstərilir. İlk çarxda idmançı övladını necə yuyundurduqlarından və onun dünyaya gəlişindən sonra yaşadığı həssaslıqdan danışıb.

Reklam kampaniyası uşaqlara və ailəyə kişi sevgisini aşılayır və çağırış edir ki, onlara qarşı olan ən müsbət emosiyaları gizlətməsinlər.

Digər tərəfdən hər kəs bilir ki, o necə NHL hücumcusu, necə də qayğıkeş atadır.