Tibb

15 Aprel

Pinterest onlayn mağazası kiçik eko brendlərə dəstək olacaq

Platformanın istifadəçiləri ən çox yaşıl məhsullar və hədiyyələr axtarıb.

Pinterest platforması özünün onlayn mağzasında, kiçik eko brendlərdən ibarət olan bölmə yaradacaq.

Facemark.az-ın məlumatına görə, bu haqda Women Wear Daily portal yazır.

Beləliklə, şirkət koronavirusla mübarizə tədbirlərindən daha çox təsir alan kiçik bizneslərə dəstək olmağı planlaşdırır.

Xatırladaq ki, Pinterest Shop 2019-cu ilin sonunda istifadəyə verilib. Satışa qoyulan məhsullar ticarət pinləri ilə işarələnib. Məhsulun qiyməti isə təsvirin küncündə qeyd olunub. Siz belə məhsulları saytın axtarış bölməsində məhsulun adı və kateqoriyası üzrə, məhsullar üçün pin yazaraq tapa bilərsiniz.

Pinterestdən isə deyiblər ki, son vaxtlar platformada kiçik bizneslərə dəstək axtarışı üzrə sorğuların sayı kəskin artıb. Həmçinin platformanın istifadəçiləri daha çox yaşıl məhsullar (108+) və hədiyyələr (73%) axtarıblar. Platformanın yaradıcıları isə artan belə tələb fonunda, onlayn mağazasında məhsul çeşidini genişləndirməyə və ora yüzlərlə kiçik eko brendlərdən olan məhsulları əlavə etməyə qərara gəlib.