Tibb

15 Aprel

Burger King amerikalı tələbələrə pulsuz vopper verəcək - Video

Burger King-in Amerika bölməsi tələbələrə pulsuz vopper verəcək. Belə ki, bu günlərdə onlar evdə oturublar və universitet yeməkxanalarında yemək yeyə bilmirlər.

Facemark.az-ın məlumatına görə, Adweek nəşri yazır ki, aksiyanın iştirakçıları isə deyib ki, biz oyun mexanikasından istifadə etməklə, onların bilik əldə etmək istəyini artırmağa qərara gəldik.

Pulsuz vopper qazanmaq üçün Burger King tətbiqi üzərindən sifariş etmək lazım olacaq. Daha sonra isə, riyaziyyat, biologiya, kimya və ya ədəbiyyatdan bir suala cavab verilməlidir.

Məsələn, siz tənliyi həll etməli və ya Şekspir pyesinin qəhrəmanının sözlərini davam etdirməlisiniz. Suala doğru cavab verən tələbə isə xüsusi promokod əldə edəcək. Onu isə tətbiq üzərində sifarişlər bölməsindən daxil etmək lazım olacaq.

Layihə üzərində isə Buzzman agentliyi işləyib.