Tibb

14 phrase_var_core.april

YouTube-da trafik artdı: Amma bloggerlərin reklam gəlirləri azalır

Kütləvi özünütəcrid YouTube-dakı trafikin artmasına səbəb olub, ancaq bloggerlərin bu platformadakı gəlirləri isə enib.

Fins.az-ın məlumatına görə, bu haqda OneZero portalı yazıb.

Bir çoxu 1000 baxışa görə, (CPM) qiymətin 30-50% azaldığından gileylənir.

Buna baxmayaraq, The New York Times-ın məlumatına görə, YouTube-dakı trafik fevralın sonundan 24 martadək 15% artım göstərib.

Məsələn, YouTube bloggeri Henk Qrin deyib ki, pandemiyaya görə, onun səhifəsinə ziyarət 5% artıb, amma CPM isə 30% azalma göstərib. Doğrudan da bu tendensiyanın mövcudluğunu YouTube bloggerlərinin menecerləri də təsdiq edir. Məsələn, Karlos Paçeko deyib ki, onun əməkdaşlıq etdiyi 180 kanalda reklam təklifləri fevralın əvvəlindən təxminən 50% azalma göstərib. Reklamçılar YouTube reklamlarına fasilə verdiklərini izah edib.

İnteraktiv Reklam Bürosunun məlumatına görə, 2020-ci ilin birinci yarısında brendlərin ¼- reklam alışlarını dayandırıb. Şirkətlərin demək olar ki, yarısı buna qənaət etməyə başlayıb. Büro iştirakçılarının 75%-i isə hesab edir ki, koronavirus pandemiyası fonunda böhran reklam sənayesinə 2008-2009-cu illərdən daha çox ziyan vuracaq.

©Facemark.az