Tibb

14 Aprel

Audi 4 saat davam edən yol filmi çəkib – Video

Audi-nin Avstraliya bölməsi avtomobil ilə səyahət etməyi sevənlər, amma karantinə görə evdə oturmalı olanlar üçün film hazırlayıb.

Facemark.az-ın məlumatına görə, bu haqda The Drum nəşri yazıb.

Bu, Audi A6 Sedan ilə Yeni Cənubu Uelsdəki Mərkəzi düzənlikdə çəkilmiş yol filmidir. Televiziya filmi demək olar ki, 4 saat davam edib.

Film avtomobilin daxilində və kapotunda yerləşdirilmiş fərqli kameralar ilə çəkilib. Çarx karantinə görə evdə oturmalı olan tamaşaçılara yol səyahətini xatırladır. Belə yaradıcı format ona görə çəkilib ki, firma göstərmək istəyir ki, sürət həvəskarları da bəzən yavaş hərəkət etməli olurlar.

Film üzərində We Are Social Australia agentliyi işləyib.