Tibb

10 Aprel

“McDonald’s”un rəhbəri öz maaşını 2 dəfə azaltdı

“McDonald’s”un bütün dünya üzrə martdakı müqayisə edilə bilən satışları 22,2% azalıb. Yanvar və fevralda isə artım 7,2% idi.

Facemark.az-ın məlumatına görə, bu haqda CNBC nəşri şirkətin öncədən yayımlanmış olan hesabatına istinadən yazıb. Rəsmi məlumatlar isə 30 apreldə dərc ediləcək.

Koronavirusla bağlı situasiya və bir çox ölkələrdə karantin rejiminin tətbiq edilməsi şirkətin göstəricilərinə də mənfi təsir edib. İndi fast-food restoranları şəbəkəsi götürmə, drive-in və çatdırılma xidmətləri üzrə fəaliyyət göstərir.

“Hərçənd bizim yanvar və fevral aylarında bütün dünya üzrə müqayisə edilə bilən satışlarımız çox güclü idi. Amma istehlakçı davranışlarının dəyişməsi və koronavirusa görə müxtəlif məhdudiyyətlərin tətbiqi onların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı”, - deyə şirkətin prezidenti və baş direktoru Kris Kempçinski bildirib.

Cari ildə isə şirkət kapital xərclərini təxminən 1 milyard dollar azaldacaq. Şirkət hər şeydən öncə restoranların yenilənməsi proqramını dayandıracaq və yeni satış nöqtələri açacaq. Eyni zamanda Kris Kempçinski özünü şəxsi maaşını cari ilin 15 apreldən-30 sentyabradək 2 dəfə azaldıb. Bu il isə onun əmək haqqısı 1,25 milyon dollar olmalı idi. Maaşların 25% azaldılması, həmçinin şirkətin daha 4 top menecerinə də təsir edəcək.