Tibb

09 phrase_var_core.april

Onlayn konsert verən məşhurlar: Hansı kanaldan istifadə etdilər?

Coldplay - Britaniya

 

Britaniyanın rok qrupu olan “Coldplay”dən Kris Martin “Instagram” canlı efirində yarım saatlıq konsert verib. Konsertdə onu digər musiqiçilər müşayiət etməyib və o tək olub. Bu şou qrupun səhifəsində #TogetherAtHome –“Birlikdə Evdə” həştəqi ilə paylaşılıb. Martın deyir ki, o çox həyəcanlıdır: “Stadionda konsert vermək ona yad deyil, amma belə formatı həyatında birinci dəfədir ki, sınayır. 11,4 milyon abunəçisi olan Coldplay səhifəsi üzərindən paylaşılan canlı konsertə baxış sayı isə 4.7 milyondan çox olub.

Eyyub Yaqubov-Azərbaycan

Azərbaycanın xalq artisti Eyyub Yaqubov da özünün onlayn konserti haqqında “Instagram” üzərindən paylaşım etmişdi. #bizbirlikdegucluyuk #evdeqal həştəqləri ilə paylaşılan layihə Bakı Şəhər Mədəniyyət Baş idarəsi ilə birlikdə keçirilib. Artist pionino müşaiəti altında ən sevimli mahnılarını oxuyub. Sənətçinin 13000-dən çox abunəçisi olan YouTube kanalında paylaşılan 3K-dan çox baxış yığıb.

EMİN – Rusiya

Emin də ok.ru platforması üzərindən özünün canlı konsertini paylaşıb. Konsertə baxış sayı 810 000-dən çox olub. O, konsertdən əvvəlki müsahibəsində isə demişdi ki, “Boş studiyada konsert vermək mənim üçün ilk təcrübə olacaq. Əlbəttə ki, auditoriya ilə qarşılıqlı əlaqədə olmayan, tamaşaçının gözlərinin içinə baxa bilməyən, onların emosiyalarını görə bilməyən istənilən ifaçı üçün bu çətin olacaq”. Bildirmişdi ki, indi ən vacib olan bir-birimizə olan dəstəkdir, xüsusilə biz müğənnilər də öz dinləyicilərimiz ilə əlaqədə olmalıyıq. Konsert pulsuz baş tutmuşdu.

//ok.ru/live/1964735798840

Camala – Ukrayna

Ukraynanın müğənnisi, Eurovision 2016-nın qalibi Camala da onlayn konsert verənlər arasında olub. Facebook platforması üzərindən hissə-hissə paylaşıb. Təkcə 2 dəqiqəlik bir mahnıya baxış sayı 600 000-dən çox olub.

Con Legend - Amerika

Kris Martin kimi, Amerikanın soul musiqiçisi Con Legend də #TogetherAtHome həştəqi ilə canlı konsertini paylaşıb. 12,3 milyon abunəçisi olan konsert baxış sayı isə 3 milyondan çox olub. Təxminən 1 saat davam edən konsertdə Con həyat yoldaşı Krissi Teyqen və uşaqlarının müşayiəti ilə balladalarını ifa edib.

Cem Adrian -Türkiyə

Sənətçi Cem Adrian da özünün twitter hesabı üzərindən #Evdekal həştəqi ilə YouTube-dakı canlı konsertinin anonsunu verib. Pulsuz olan konsert YouTube platformasında 805 000-dən çox baxış alıb.

Yeni anonslara buradan baxa bilərsiniz: //i-m-i.ru/post/online-gigs

©Facemark.az