Tibb

09 Aprel

Koronavirusa görə populyarlığı artan “Zoom” proqramı nədir və nə işə yarayır?

Çox güman ki, müəllimələr onların məşğələlərin keçirilməsi üçün Skype-a üstünlük verirlər. Unutmayaq ki, ona oxşar, hətta ondan daha yaxşı proqramlarda da mövcuddur. Onlardan biri, mənim ən sevdiyim Zoom proqramıdır. Zoom Video Communications — mərkəzi Kaliforniya, San-Xose-də yerləşən, bulud hesablamasından istifadə edən şirkətdir. Zoom Video Communications Zoom Voice Communications, Inc -in törəmə şirkətidir. Zoom — video konfrans və onlayn görüşlərin keçirilməsi üçün nəzərdə tutulan proqramdır. Zoom-da təkcə video konfrans deyil, onlayn görüş, çat, mobil əməkdaşlığı birləşdirən rabitə proqramı təklif edir. Yaradıcısı, hazırki baş direktoru biznesmen, milyarder Erik Yuandır, 2011-ci ildə əsası qoyulub.

Koronavirusun yayılması ilə Zoom kimi proqramların populyarlığı birə-beş artıb. Proqramı, həm Google Play, həm də Apple Store-dən rahat şəkildə yükləmək olar. Platformadan istifadə pulsuzdur, ancaq böyük iclaslar keçirmək üçün əlavə funksiyalara görə ödəniş ödəməli ola bilərsiniz.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Graham Cluley-in sözlərinə görə, “Zoom-un təhlükəsizlik ilə bağlı enişli-çıxışlı keçmişi var. İstifadəçilərin təhlükəsizlik məsələsini ciddiyə alıb-almaması isə sual altındadır”. Xatırladaq ki, keçmişdə dəvət edilməyən istifadəçilər iclaslara müdaxilə edirdilər. Onlar video konfrans, onlayn görüşlərin ortasına girib, zorakılıq və porno ilə əlaqədar videolar paylaşırdılar.

Bu aralar hamının sevə-sevə istifadə etdiyi Zoom tətbiqinin bazar dəyəri isə 42 milyard dolları keçib. Son həftə təkcə 50 milyon yükləmə olub. Proqramın istifadəsi son aylarda 67% artıb. Şirkətin 17 data mərkəzi var ki, biri də Çindədir. Təkcə, Çində ümumi 1500-dən çox işçiləri var. 2019-cu ilin məlumatına görə, şirkətin əməkdaşlarının sayı 1958 nəfərdir.

Ötən həftə isə Nyu-York məhkəməsi əmin olmaq üçün ki, məlumatlar heç yerə sızıdırılmır, şirkətə rəsmi sorğu göndərib. İngiltərədə hökumət səviyyəsində bu proqram rəsmi istifadə edilir.

Proqramı buradan təlimatları izləyərək yükləyə bilərsiniz. Hesab yaradan hər kəs pulsuz görüş təşkil edə bilər. Proqramın pulsuz versiyasında 40 dəqiqə davam edən video konfrans, onlayn görüş keçirə bilərsiniz. Video konfransa qoşulanların sayı artıqca, platformadan istifadənin dəyəri də artır. Məsələn, 100 nəfərə qədər görüşlərin keçirilməsi üçün siz ayda əvvəl 9,99 dollar indi, 14,99 dollar ödəməli olacaqsınız. Biznes, müəssisələr üçün isə başqa tarif planları mövcuddur. Ancaq onların qiyməti daha bahalıdır. Məsələn, biznes sahibi istifadəçilərdən biri yazır ki, “1 aylıq ödənişi edə bilməmişdim. Məndən il içində dərhal ödəniş tələb etdilər”. Zoom individual və qrup məşğələləri üçün çox yaxşıdır.

Tələbələr bura həm, kompüter, həm planşet,həm də telefon üzərindən daxil ola bilərlər. Proqram üzərindən görüşləri öncədən də planlamaq olar.

©Facemark.az