Tibb

09 Aprel

Krizis PR xidmətlərinə tələbi kəskin artırdı: “Business Insider” yazır

İxtisaslaşmış agentliklər gözlənilməyən bir şəkildə koronavirus pandemiyasından faydalanıb. Krizis bütün iqtisadiyyata təsir edib, amma böyük PR-agentliklərin xidmətlərinə tələbdə yüksək artım müşahidə edilir. Müştərilər bu çətin günlərdə sağ qalmaq üçün onların köməyindən istifadə edirlər.

Facemark.az-ın məlumatına görə, krizisdə xidmətlərdəki yüksək tələb ilə bağlı isə Edelman-da krizis kommunikasiyası və reputasiya risklərindən məsul Harlan Lob Business Insider nəşrinə deyib.

 

Bir başqa məşhur agentlik olan Fleishman Hillard isə COVID-19 dövründə çətinlik yaşayan və epidemiyanın sona çatmasından sonra gələcəyi planlaşdıra bilməyən müştəriləri üçün ayrı bir praktikaya başlayıb.

PR və kommunikasiya xidmətlərinə artım ilə bağlı daha əvvəl iri reklam holdinqi WPP-dən də bildirmişdilər. Bildirilirdi ki, brendlər krizisin sona çatmasından sonra uzunmüddətli dövr üçün necə mövqelənməli olduqlarını bilmirlər.

Sard Verbinnen Co-dan Mark Minardo deyib ki, müştərilərinə məsafəli çalışma sisteminə keçən əməkdaşları ilə kommunikasiyanın necə olmasını izah edirlər. Eyni zamanda, agentliyin xüsusi əməkdaşları yanvarda koronavirus ilə bağlı ABŞ-da yaradılmış işçi qrupuna getməmişdən öncə, şirkətin CEO-sunu görüşlərə hazırlaşdırır.

Onun sözlərinə görə, onları həyəcanlandıran birinci mərhələ artıq geridə qalıb. Top-menecer deyir ki, indi onlar müştərilərinə uzunmüddətli perspektivləri qiymətləndirməyə kömək olurlar. Məsələn, onlar öz bizneslərini dəyişən şərtlərə necə uyğunlaşdıra bilərlər, yaxud hansı sahələrə dəstək çıxa bilərlər və s.

Brunswick Group-un partnyoru Conatan Durli deyir ki bütün bu proseslərdən sonra şirkət rəhbərləri bərpa müddətində əməkdaşlar, müştərilər, tənzimləyicilər, səhmdarlar arasında etimad yaratmaq üçün çalışmalıdırlar.

“Digər bir tərəfdən korporasiyalar ümidsiz vəziyyətdə olan insanları avlayan canavar kimi də görünmək istəmirlər. Krizis boşluğu sevmir. Bəs, kim xilas olacaq? Biz yaxın gələcəkdə kömək edənlər və etməyənlər haqqında hekayələr görəcəyik”, - deyə krizisdə PR və kommunikasiya üzrə ixtisaslaşmış Levick firmasının rəhbəri Riçard Levik deyib.