Tibb

09 Aprel

Müştərilər krizisdən sonra dijitala daha çox pul xərcləyəcək

Business Insiderin mənbələri PR sahəsində olan bu yüksəlişin nə vaxta qədər davam edəcəyini söyləməkdə aciz olublar. Belə ki, müştərilərdən biri krizis dövründə düzgün ölçülər almaq və işçilərin düzgün qaydada ixtisarı ilə bağlı kömək alır. Bir digəri isə bu dövrdə bütün marketinq xərclərini azaltmağa gedir.

Levik deyir ki, baxmayaraq ki, son aylarda işlərin həcmi artsa da, onun şəxsi biznesində bu il sıfır artım göstərəcək. O, danışır ki, indi şirkətlər reputasiya haqqında daha az düşünəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

Belə ki, bir halda ki, indi söhbət yalnız sağ qalmaqdan gedir. Başqa bir PR-şirkəti olan Trident DMG-ın rəhbəri Coş Qeller isə deyir ki, o əmindir ki, krizisin bitməsindən sonra kommunikasiya xidmətlərinə olan tələb olduğu kimi qalacaq. Bununla birlikdə, çox az adam böhranın PR sektorunu kökündən dəyişdirəcəyinə inanır. Mütəxəssislər isə artıq ilin əvvəlindən PR xidmətlərinə tələbin iki qat artacağını proqnoz etmişdi.

Edelman-da dijital üzrə əməliyyatlar direktoru Tristan Roy isə deyir ki, dijital PR istiqaməti üzrə ixtisaslaşan şirkətlər krizisdən sonra sağ qalmaq şansı çox olacaq. O, güman edir ki, artıq mediamiks dəyişəcək.

Müştərilər, istehlakçıları, aksionerləri və əməkdaşları ilə birbaşa əlaqə qurmaq üçün sosial şəbəkələrdə keyfiyyətli kontentə daha çox pul xərcləyəcəklər.

Böhranın başqa bir üstün cəhəti isə o olacaq ki, - daxili kommunikasiyanın rolu artacaq. İşəgötürənlər hər nə qədər insan resurslarının əhəmiyyətindən danışsa da, Instacart əməkdaşlarının şikayətləri və Amazon tətilləri bunun əksini sübut edir.

Edelman-ın rəhbəri PR sahəsində trend hesab ediləcək bu nüansları qeyd edib: “İndi kommunikasiya reklamdan çox vacibdir. İnsanlar faktar və etibar edilə bilən spikerlər istəyirlər. Məsələn, Edelman Çində 4 yeni müştəri qazanıb. Bu isə onların yalnız normal həyata qayıtmasından sonra baş tutub.

©Facemark.az