Tibb

08 Aprel

Epidemiyadan sonra sosial mediada hansı kontentə maraq olacaq?

Türkiyədə AFİ Akıl Fikir İşleri və GOOD Ad Lab yeni araşdırmasını hazırlayıb. Araşdırmadan vacib nüanslarını təqdim edirik.

Sosial mediadakı kontentin böyük hissəsi sosial mediadan kənar həyatın reallığından “qidalanır”. Twitter-dəki paylaşımların çoxu həyatdakı təcrübələri və televiziyada marağa səbəb olan proqramları mərkəzə alır.

Instagram-dakı populyar həştəqlərin çoxu gəzməli-görməli yerlər və tədbirlər ilə bağlıdır. Karantin dövründə yaradılan kontentin çoxu da, elə evdə keçirilən zaman və epidemiya gündəmi ilə bağlı idi. İstifadəçilər yeni fəaliyyət sahələrini sınaqdan keçirdilər və bunla bağlı paylaşım etdilər.

Bir çox istifadəçi isə qeyri-peşəkar olsa da, dijital yayımdan istifadə etdi. Sosial media kütləsinin böyük bir qismi belə paylaşımlara məruz qaldı. Əlbəttə, belə kontent epidemiyadan öncə də var idi, sadəcə müəyyən bir kütləyə xitab edirdi. Epidemiya dövründə isə belə kontentin yaranmasına səbəb alternativin olmaması olub.

Məsələn, səyahət bloggerləri yeni kontent yarada bilmirdi. İstifadəçilər də bu dövrdə başqa alternativlərdə istifadə etmək məcburiyyətində qaldılar.

Hazırki trend isə odur ki, bu axın yavaş-yavaş normala qayıdır. Qısası, epidemiya dövründə hansı kontentin əskikliyi hiss olunubsa, karantindən sonra o mövzulara maraq artacaq.

Eləcə də, istifadəçilər Instagram canlı yayımlarına oxşar platformalardan daha sıx istifadə edəcəklər.

©Facemark.az