Tibb

03 Aprel

“Koronavirus”da itirməyən yeganə milyarder

Amazonun CEO-su Jeff Bezos dünyanın ən zəngin adamlarının beşliyində yer alan yeganə milyarder olub ki,  2020-ci ildə pul itirməyib. Onun kapitalı bu ildə 5,9 mlrd. dollar artıb və 121 mlrd. dollar təşkil edib.

Bu barədə Bloomberg Billionaires indeksinə istinadən  Business Insider məlumat verir.

Facebook təsisçisi Marc Zuckerberg kimi digər milyarderlər isə koronavirus səbəbindən pul itiriblər.

Ümumilikdə isə Bezosdan başqa Billionaires indeksinin onluğunda ancaq Microsoftun baş direktoru, milyaredr Steve Balmer-in sərvəti 2019-cu ilin sonundakı göstərici ilə müqayisədə artıb. Zoom videokonfranslar xidmətinin rəhbəri Eric Yuanın sərvəti isə distant işə keçidlə əlaqədar olaraq 2020-ci ildə 4 mlrd. dollar olub.