Tibb

03 Aprel

Koronavirus təlaşına müharibə edən tətbiq: “Corona Check”

Son günlər ölkəmizdə də görünən koronavirus (COVID-19) ilə bağlı ortaya çıxan informasiya çirkliliyinin qarşısını almağa hesablanan, şəxsləri şikayətləri və virus haqqında elmi informasiyalar fonunda məlumatlandıran yeni platforma “Corona Check” yaranıb.

Facemark.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstərişləri əsas tutularaq hazırlanan Corona Check, epidemiyanın dünyaya yayıldığı bu dövrdə olduqca vacib vasitə hesab olunur.

 

Platforma üzərindən şikayətlər əsasında risk analizi aparmaq, artırılmış reallıq (AR) texnologiyası ilə virusun 3D formasını görmək, damcı kimi yayılması səhnələrinin şahidi olmaq, epidemiya haqqında canlı statistikaları əldə etmək olar.

Riskinizi öyrənin, qoruyucu tədbirlər alın

İstifadəçinin şikayəti varsa, platforma üzərindən ona koronavirus xəstəliyinin əlamətləri ilə bağlı suallar verilir. Şikayətlər fonunda isə xəstəliyin risk səviyyəsini müəyyən edir və epidemiyadan qorunmaq üçün tövsiyələr yer alır. Bildirişlərin sayını istifadəçi özü müəyyən edə biləcək. Amma istifadəçiyə tez-tez sağlam qidalanmaq ilə bağlı tövsiyələr veriləcək, immunitet sisteminin gücləndirilməsi məsləhət görüləcək. Corona Check komandasının tövsiyələri isə peşəkarların rəyləri əsasında hazırlanır, ona görə də platformaya etibar etmək olar.

Təmizlik xatırlatması ilə virusdan qorunun

Koronavirus gündəlik həyatda daima istifadə olunan çirkli əşyalar vasitəsi ilə də yayılır. Koronavirusa qarşı ən vacib tədbirlərdən biri də təmizlikdir. Corona Check istifadəçiləri bunun mahiyyətini başa düşməyə və əl yumağı hər kəs üçün vərdiş halına gətirməyi hədəfləyir. Təmizliyə riayət, əlləri yumaq və s. ilə bağlı AR əsaslı səhnələr hazırlanıb. Platformanın çağırışı odur ki, əlləri yumaqla, təkcə koronavirusdan deyil, uzunmüddətli dövrdə hər növ virus, bakteriyalardan qorunmaq olar.

AR ilə virusun fərqinə var!

Corona Check AR dəstəkli platformadır. Ötən cümə günü Play Store və App Store-də yüklənib, pulsuzdur. İstifadəçilər AR vasitəsilə virusu 3D görə bilərlər, onun formasını təsvir edə bilər və təlaşa qapılmadan qabaqlayıcı tədbirlər ala bilərlər.

Çoxlu dil dəstəyi

Platforma ilk mərhələdə, yalnız türk və ingilis dillərini dəstəkləyir, daha sonra isə onların sayı artırılacaq. Mobil tətbiq tibb, sənət, texnologiyanı birləşdirən layihələri ilə tez-tez gündəmə gələn Yesil Science tərəfindən hazırlanıb. Xəstələrin qrip və ya soyuqdəyməsi ola bilər, amma bu platforma ilə lüzumsuz təlaşı aradan qaldıra bilərsiniz.